Tatarıstan Muxtar Sovet Sosialist Respublikası (Tatarıstan, Tatar MSSR, TASSR, Muxtar Sovet Sosialist Tatarıstan Respublikası; () — RSFSR tərkibində muxtar respublika. 1920-ci il, mayın 27-də təşkil olunmuşdur. Şərqi Avropa düzənliyinin şərqində, Volqa çayının orta axını boyunda yerləşir. Sahəsi 68 min km², əhalisi 3 637 809 nəfərdir (1989). 37 rayonu, 18 şəhəri, 22 şəhərtipli qəsəbəsi olan Muxtar Respublikanın paytaxtı Kazan şəhəri olmuşdur.
Dövlət quruluşu Tatarıstan MSSR fəhlə, kəndli və ziyalıların sosialist ümumxalq dövləti, muxtar sovet sosialist respublikasıdır. Qüvvədə olan konstitusiyası 1978-ci il mayın 31-də qəbul edilmişdir. Ali dövlət hakimiyyəti orqanı 5 il müddətinə seçilən birpalatalı Tatarıstan MSSR Ali Sovetidir (sessiyalararası dövrdə onun Rəyasət Heyəti). Ali Sovet respublika hökumətini — Nazirlər Sovetini təşkil edir. Yerli dövlət hakimiyyəti orqanları əhalinin 2,5 il müddətinə seçdiyi şəhər, rayon, qəsəbə və kənd xalq deputatları sovetləridir. Tatarıstan MSSR Ali məhkəməsini Tatarıstan MSSR Ali Soveti 5 il müddətinə seçir. Tatarıstan MSSR Prokurorunu SSRİ Baş prokuroru 5 il müddətinə təyin edir.
Tarixi
1917-ci il oktyabrın 26-da Kazanda sovet hakimiyyəti qurulduМухарямов М. К., Халиков А. Х. Татарская Автономная Советская Социалистическая Республика // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия, 1973. — Т. 14. — 524 с.. 1918–1919-cu illərdə ağqvardiyaçılar Tatarıstan ərazisini iki dəfə tutdularСледует учитывать, что письменность татарского языка в 1920–1930-е годы неоднократно менялась.. 1919-cu ilin iyununda Tatarıstan tamamilə ağlardan (menşeviklərdən) təmizləndi. ÜRMİK və RSFSR XKS-nin 27 may 1920-ci il tarixli dekreti ilə RSFSR tərkibində Tatarıstan Muxtar Sovet Sosialist Respublikası yaradıldı. 1920-ci il sentyabrın 26–27-də respublikanın ilk Sovetlər qurultayı olduДекрет ВЦИК и СНК от 27 мая 1920 года "Об Автономной Татарской Социалистической Советской Республике " // Известия ЦИК. — 1920 — № 115. — 29 мая; Собрание узаконений и распоряжений Рабочего и Крестьянского правительства. — 1920. — № 51. — 8 июня.. Sənayeləşdirmə, kollektivləşdirmə və mədəni inqilab Tatarıstan MSSR-in iqtisadi həyatını dəyişdi. 1940-cı ildə 1913-cü ilə nisbətən 12 dəfə çox sənaye məhsulu buraxılırdı. Fəhlələrin sayı artır, milli kadrlar yaranırdı. 30-cu illərdə kolxoz quruluşu yarandı. Kənd təsərrüfatının inkişafındakı nailiyyətlərə görə respublika 1934-cü ildə Lenin ordeni ilə təltif olundu. Sosialist dəyişiklikləri prosesində tatar sosialist milləti formalaşdı. Böyük Vətən müharibəsi illərində Tatarıstan zəhmətkeşləri ön və arxa cəbhədə qəhrəmanlıq göstərdilər. 200 tatarıstanlı döyüşçü (o cümlədən Musa Cəlil) Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 100 min nəfərdən çox döyüşçü müxtəlif orden və medallarla təltif olundu. Müharibədən sonrakı illərdə Tatarıstan MSSR-də neft və qaz sənayesi sürətlə inkişafa başladı. 1976-cı ildə Kama avtomobil zavodu (KamAZ) istifadəyə verildiК 90-летию Татарской АССР // Сайт архивной службы Республики Татарстан.. Tatarıstan MSSR kommunizm quruculuğundakı nailiyyətlərinə və yaranmasının 50 illiyi münasibətilə 1970-ci ildə "Oktyabr inqilabı" ordeni, SSRİ-nin təşkilinin 50 illiyi münasibətilə 1972-ci ildə "Xalqlar Dostluğu" ordeni ilə təltif edilmişdir. 16 may 1992-ci ildən Tatarıstan Respublikası adlanmışdırЗакон Российской Федерации от 21 апреля 1992 года № 2708-I "Об изменениях и дополнениях Конституции (Основного Закона) Российской Советской Федеративной Социалистической Республики". Данный закон вступил в силу с момента опубликования в Российской газете 16 мая 1992 года..
Əhalisi
Əhali1926 min nəf.1939 min nəf.1959 min nəf.1970 min nəf.1979 min nəf.1989 min nəf.+Əhalinin milli tərkibiTatarlar1263,4 (48,7 %)1421,5 (48,8 %)1345,2 (47,2 %)1536,4 (49,1 %)1641,6 (47,6 %)1765,4 (48,5 %)Ruslar1118,8 (43,1 %)1250,7 (42,9 %)1252,4 (43,9 %)1328,7 (42,4 %)1516,0 (44,0 %)1575,4 (43,3 %)Çuvaşlar127,3 (4,9 %)138,9 (4,8 %)143,6 (5,0 %)153,5 (4,9 %)147,1 (4,3 %)143,2 (3,7 %)Ukraynalılar3,113,116,116,928,632,8Mordvalar35,1 (1,4 %)35,8 (1,2 %)32,9 (1,2 %)31,029,928,9Udmurtlar23,925,922,724,525,324,8Marilər13,114,013,515,616,819,4Başqırdlar1,8……2,99,319,1Beloruslar…2,34,14,37,18,4Yəhudilər4,36,110,49,58,77,3Azərbaycanlılar…0,10,30,41,33,9Ermənilər0,10,40,60,51,21,8
Elmi idarələr 1917-ci ilədək Tatarıstanda elmi tədqiqatlar, əsasən Kazan universitetində (1804) və Kazan Baytarlıq İnstitutunda aparılırdı. 1880-ci ildə Kazan Fizika-Riyaziyyat Cəmiyyəti, 1901-ci ildə Bakterioloji institut fəaliyyətə başlamışdır. Tatarıstan MSSR-də əsas elmi idarə SSRİ Elmlər Akademiyasının Kazan filialıdır.
Həmçinin bax Tatarıstan Başqırd Muxtar Sovet Sosialist Respublikası
İstinadlar Kateqoriya:Tatarıstan Kateqoriya:Muxtar respublikalar Kateqoriya:1920-ci ildə yarananlar Kateqoriya:1990-cı ildə ləğv olunanlar Kateqoriya:Avropanın tarixi dövlətləri