Hiakinfin ölümü () — Jan Brok tərəfindən 1801-ci ildə tamamlanmış rəsm əsəridir. Əsər Puatye şəhərindəki San-Krua muzeyində sərgilənir. Brokun ən məşhur əsəri olan tabloda məşhur roma şairi Ovidin "Metamorfozlar" əsərindən səhnə təsvir edilmişdir. Əsərdə ölmüş Hiakinfin sevgilisi olan yunan tanrısı Apollon tərəfindən qucaqlanması göstərilmişdir. Onların qarşısında Apollon tərəfindən atılmış və Hiakinfin ölümünə səbəb olmuş disk vardır.Bion, Joseph Duffield Reed – Bion of Smyrna: The Fragments and the Adonis. Cambridge University Press, 1997. Hiakinfə aşiq olan Zefir, onu Apollona qısqandığı üçün qərb küləyi vasitəsiylə diski Hiakinfə yönləndirmişdir. Hiakinfin qanının töküldüyü yerdən sünbülçiçəyi çıxmışdır.

Təsviri Rəsmdə qırmızı arxalığı və lirası ilə seçilən Apollon huşunu itirmiş Hiakinfin bədənini qucaqlayaraq saxlayır. Apollonun ayağı qarşısında Hiakinfin ölümünə səbəb olmuş disk vardır. Zefir qərb küləyi ilə Apollonun arxalığını uçurur. Onlarının ayaqları yanında sünbülçiçəyi çıxmışdır. Arxada bir qrup ağac, su hövzəsi və dağ vardır.

Tarixi "Hiakinfin ölümü" 1801-ci ildə Paris Salonunda sərgilənmişdir. 1814-cü ildə əsər ikinci dəfə Paris Salonunda 155 nömrəsi altında "Hiakinfin tapılması" adı ilə sərgilənmişdir. Daha sonra baron Horece Demarçay (1813–1866) tərəfindən alınmış əsər, 1899-cu ildə onun dul xanımı tərəfindən Puatye muzeyinə bağışlanmışdır. Həmin tarixdən sonra əsər müxtəlif yerlərdə sərgilənmişdir.

1974-cü il – "Daviddən Delakruaya, 1774–1830 Fransız rəssamlığı" sərgisi çərçivəsində Paris, Detroyt, Nyu-Yorkda sərgilənmiş, 16 nömrəsi ilə Robert Rozenblumu kataloquna daxil edilmişdir. 1975 – "Məsumluq axtarışında" sərgisi, Merilend Universitetinin Sənət Qalereyası 1989 – "Baranın ölümü" sərgisi, Avinyon, Kalvet muzeyi 1997 – "Əlvida Berlin" sərgisi, Berlin, Homoseksualizm muzeyi 2002 – "Hisslərin doğulması, Romantizmin təməli" sərgisi, Paris, Musiqi şəhəri 2006 – "Amerika rəssamları Luvrda" sərgisi, Paris, Luvr muzeyi.

Təsirləri Hiakinfin ölümü mövzusuna bir çox rəssamlar tərəfindən müraciət edilmişdir. Brokdan əvvəl: Bizo (Boizot), 1745-ci il Salonu, No. 133 Bencamin Vest, onun rəsmi 1794–1801-ci illərdə Parisdə sərgilənmiş və Brok onu görmüşdür. Hazırda əsər Suortmor kollecində saxlanılır. Brokdan sonra: Blondel, tarixsiz, Baron Martin muzeyi, Qre, Fransa Jirode, təxminən aid edilir, İncəsənət muzeyi, Anqule, Fransa Kallamard, heykəl, 1812–1814 Bosio, heykəl, 1817, Luvr muzeyi, Paris, Fransa

Mövzu təhlili thumb|right|180px|Les Annales du muséedə nəşr olunmuş Hiakinfin ölümü xətt qravürü Şarl Pol Landon 1802-ci il Paris Salonu üçün yazdığı təsvirdə əsəri aşağıdakı mətnlə təhlil edir:

İstinadlar

Kateqoriya:1801-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Fransız rəsm əsərləri Kateqoriya:Ölüm haqqında rəsm əsərləri Kateqoriya:Yunan miflərini əks etdirən rəsm əsərləri Kateqoriya:Apollon Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər