Laura Qruseneken (; 30 aprel 1990, Löven, Belçika) və ya səhnə adı ilə Sennek — Belçikalı müğənni və bəstəkar. O, Belçikanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sennekin Avroviziya səhnəsində ifa edəcəyi mahnı olan "A Matter of Time" 2018-ci ilin 4 mart tarixində təqdim olunmuşdur.
Laura Qruseneken daha öncə tanınmış Belçika musiqiçisi Ozark Henri ilə birlikdə Rock Werchter musiqi festivalında çıxış etmişdir. Laura eyni zamanda "Hooverphonic" musiqi qrupu üçün mahnı bəstələmişdir.
Həyatı Laura Qruseneken 30 aprel 1990-cı ildə Belçikanın Löven şəhərində anadan olmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2018 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Belçikada doğulanlar Kateqoriya:Belçika müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Belçikanın "Avroviziya" təmsilçiləri