Bəşərü (hidronim) — Astara və Lənkəran rayonları ərazisində çay.
Coğrafiyası Lənkəran çayının sağ qoludur. Uzunluğu 38 km, Talış silsiləsindən (1800 m. yüksəklikdən) başlanır.
Adı Toponim talış dilindəki bəş (qol) (-ə bitişdirici sait) və rü (çay) sözlərinin birləşməsindən düzəlib, "çay qolu" deməkdir.
İstifadəsi Suvarmada istifadə edilir. Suyunun bir hissəsi kanalla Xanbulançay su anbarına axıdılır.
İstinadlar
Kateqoriya:Azərbaycan çayları Kateqoriya:Astara rayonu Kateqoriya:Lənkəran rayonu