Abakan çölü — Rusiya Federasiyasında, Xakas Respublikası ərazisində düzənlik. Abakan və Yenisey çaylarının sol sahilləri boyu Minusa çökəkliyinin qərb hissəsini əhatə edir. Hündürlüyü 500 metrədəkdir. Relyefi, əsasən düzənlik, qərb hissəsi təpəlikdir. Abakan çölündə çoxlu xırda göllər var. Ərazisi qismən şumlanır və dənli bitkilər əkilir..
Həmçinin bax Abay çölü
İstinadlar
Kateqoriya:Rusiya çölləri Kateqoriya:Xakasiya