Midiya (), Mada (q. fars )Azərbaycan tarixi (yeddi cilddə). Bakı: 2007, I cild. və ya MadayQ. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: ADN, 1994, səh. 70–92X. Xəlili. Azərbaycan türklərinin etnogenezi və milli inkişaf tarixi. Bakı: 2007 (, Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi,İqrar Əliyev. Midiya tarixi. Bakı: Elm, 1960, səh. 224. "Midiya Şərqin birinci imperiyası kimi tarix səhnəsinə çıxdı". eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi AzərbaycanПахомов Е.А. Краткий курс истории Азербайджана. Баку: 1923İqrar Əliyev. Tarixi Azərbaycan ərazisində qədim dövlət – Midiya. Bakı: 1965Ф.А. Брокгауз, И.А. Ефрон. Энциклопедический словарь – Мидия – "Мидия – зап. часть Ирана, к В. от Загра и к С. от Сузианы. До Каспийского моря М. не достигала, будучи отделена от него племенами кадусеев, амардов и др. Страна делилась на собственную или Великую М. (теперь Иракаджеми) и Атропатену (Азербайджан)."Z. M. Bünyadov, Y. Yusifov. Azərbaycan tarixi. Bakı: 2007Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: 1994. – "İlk vaxtlarda əsasən Kizilbunda (Cənubi Azərbaycan ərazisində indiki Qızıl-Üzən) çayının hövzələrində yaşamış Maday tayfası Assuriya ilə bir neçə əsr qanlı toqquşmalardan sonra, er. əv. 673-cü ildə öz dövlətini yaratmışdır."Firudin Cəlilov. Azər xalqı. II nəşri. Bakı: 2006 və ya Şimali İranEncyclopedia İranica – Media – "At the end of the 2nd millennium BCE, Median tribes began to settle in the territory of the future Media in western Iran, where, at that time, are attested many small principalities and different linguistic and ethnic groups: Gutians (q.v.), Lullubians, Kassites (q.v.), and Hurrians." ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.Azərbaycan tarixi (yeddi cilddə). Bakı: 2007, I cild. səh. 182

Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biriАлиев И. Располагает ли наука доказательствами в пользу ирано-язычности мидян и атропатенцев? Можно ли считать мидян одними из предков азербайджанского народа? // ИАН АзССР, серия истории, философии, права, 1990, № 3–4.Алиев И. Роль мидийского элемента в этнической истории Атропатены//Кавказско-ближневосточный сборник, VIII, Тбилиси, 1988Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: ADN, 1994, səh. 90–136,Гейбуллаев Г. А. К этногенезу азербайджанцев. Том 1. Баку: 1991, стр. 216–274Firudin Cəlilov. Azər xalqı. II nəşri. Bakı: 2006, səh. 161 – "Hər hansı bir ərazidə formalaşan xalq əvvəllər həmin ərazidə yaşamış tayfaların birbaşa və ya dolayı xələfidir. Mada əhalisi istər türk olsun, istər qeyri-türk, bugünkü Azərbaycan türklərinin soykökünü təşkil edən tayfalardandır. ".N. Rzayev. Əcdadların izi ilə. Bakı: ADN, 1992 – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.İ. M. Dyakonov. Midiya tarixi. Moskva–Leninqrad, 1956, səh. 330İqrar Əliyev. Midiya tarixi. Bakı: 1960, səh. 145.

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi.Herodot, III, 92 Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə b.e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir.Гейбуллаев Г. А. К этногенезу азербайджанцев. Том 1. Баку: 1991, стр. 273 Midiya ərazisi b.e.ə. IX–VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi.S. Qaşqay. Manna dövləti. Bakı: 1992, səh. 63

Adı Madalılar (midiyalılar) tarix səhnəsinə e.ə. I minilliyin əvvəlində çıxmışlar. Onların adları Aşşur salnaməsində ilk dəfə IX əsrin 30-cu illərində çəkilmişdir. III Salmanasar (e.ə. 860–825) onların ölkəsini Amadai adlandırır. Sonralar Maday, Matay və Amaday.

Herodot qeyd edir ki, Midiyanın adı qədim yunan əfsanəsi olan "Yason və Arqonavtlar haqqında əfsanə"də Kolxida hökmdarı Eetin cadugər qızı Medeyanın adından götürülmüşdür.The Medes, History of Herodotus (7.62) O, həmçinin midiyalıların qədimdə arilər adlandığını yazır.History of Herodotus (7.62) "Предводителем мидян был Тигран из [рода] Ахеменидов. В древности все называли их ариями. После прибытия к этим ариям колхидянки Медеи из Афин и они также изменили свое имя. Так гласит о них мидийское предание" Hind-Avropa dillərinin heç biri vasitəsiylə Midiya sözünün mənasını müəyyənləşdirmək, etimologiyasını açmaq mümkün olmamışdır.Diakonoff, I. M. "Media" in The Cambridge History of Iran, Vol. 2, Edited by Ilya Gershevitch, 36–148, Cambridge, England, Cambridge University Press, 1985, ISBN 0521200911, 9780521200912, p. 57 Bununla belə, Herodotun adını çəkdiyi altı Midiya tayfasının adının İran dilləri vasitəsiylə şərh olunmasına cəhdlər edilmiş, lakin yenə də heç bir uğurlu nəticə əldə edilməmişdir.Elena Efimovna Kuzʹmina, J. P. Mallory, The origin of the Indo-Iranians, Volume 3, published by: BRILL, 2007, ISBN 900416054X, 9789004160545, p.371Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: 1994, səh. 76

Herodot qeyd edir: "Deyok pərən-pərən halda olan Midiya tayfalarını bir yerə toplayaraq onlar üzərində hökmranlıq qurdu. İndi həmin ittifaqa buslar, paratagenlər, struxatlar, ariazantlar, budilər və maqlar daxildir". Laqaş hökmdarı Qudea (e.ə. 2143 – 2124) "Mada"dan "yaşıllıqlar ölkəsi" kimi bəhs edir.Gud Cyl A, XIV, 7–9 in SAK: 104. 105; Jacobson 1953, JCS 7: 40, n. 47. III Ur sülaləsindən hökmdar Šulginin (e.ə. 2095–2048) Midiya qalası (şumercə "bád mada ki") adlı qala tikdirməsi qeyd edilir.RLA II: 141b-142a; SAK: 231 Jahr 35 u. 36; Lau 1996, Old Babylonian Temple Records: 3. Mənbədə "bad mada ki" kimi qeyd edilən ifadədə "ki" hissəciyi coğrafi adları göstərmək üçün istifadə olunan hissəcikdir. Bu ifadədə "mada" hissəciyini əksər tədqiqatçılar "daxili ərazi" kimi tərcümə edirlər. Lakin Mada əksər hallarda Martu, Subaru, Anşan, Kimaş, Quti və s. adlar kimi kiçik əraziyə aid edilən coğrafi ad olmuşdur. III Ur sülaləsindən hökmdar Šu-Sin (e.ə. 2038–2030) Zaqroş ətrafındakı şəhərlərə və vilayətlərə ordu göndərmiş və bu zaman Madadan çoxlu miqdarda qızıl talamışdılar. left|thumb|Antoni Cenkinsonun tərtib etdiyi ingilis-holland xəritəsi

Q. Qeybullayev yazır: "Maday (Matay) əvvəlcə türk mənşəli müstəqil bir böyük tayfanın, sonra tayfa ittifaqının və eramızdan əvvəl 673-cü ildən dövlətin və ölkənin adıdır. Deməli, Maday həm etnonim, həm də etnotoponimdir. Midiya dövləti yaranandan sonra Maday etnonimi bu dövlətin əhatə etdiyi ərazidə həm madayların, həm də başqa dillərdə danışan tayfaların ümumiləşdirilmiş midiyalı adına çevrilmişdir. Son araşdırmalar Maday, Matay etnosunun iranmənşəli yox, Altay, yaxud türkmənşəli olduğunu göstərmişdir". Maday etnik adını daşıyanların türkmənşəli olması fikrini təsdiqləyən faktlardan biri indiyədək Qazaxıstanda Matay, Atalıq-Matay, Kapcaqay Matay, Gəncə-Matay,Гейбуллаев Г. А. К этногенезу азербайджанцев. Том 1. Баку: 1991, стр. 252 Tuvada hələ XIII əsrdə MadıИстория Тувы. М., 1964, стр. 201, 215 (türk dillərində a-ı əvəzlənməsi səciyyəvi haldır), Madı-qoşun və Mat,История Тувы. М., 1964, стр. 242–243 Sibirdə və Altayda Maadı, Madar və MaxtarГейбуллаев Г. А. К этногенезу азербайджанцев. Том 1. Баку: 1991 (Mada, Mata və türkmənşəli tayfaların, məsələn, avşar, avar, bolqar, qacar, kəngər, xəzər və b. adları üçün səciyyəvi ar, ər – kişi, igid, döyüşçü sözlərindən) tayfalarının mövcud olmasıdır.Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: Elm, 1994, səh. 70–71.

Ərazisi

Madayların vətəni

right|thumb|200px|Madayların ilkin vətəni (tünd yaşıl rənglə göstərilmişdir)Azərbaycan tarixi atlası. Bakı: 2005 Madayların ilkin məskunlaşma ərazilərinin sərhədləri tədqiqatçılar arasında mübahisəlidir. Assur mənbələrində madayların mannaların cənub-qərb sərhəddində, Parsua vilayətinin şimal–qərbində məskunlaşması göstərilir. Mənbələrdə madayların ilkin məskunlaşma ərazilərinin cənub sərhəddinin Bikni dağı olması qeyd edilir. Bikni dağını əksər tədqiqatçılar Dəmavənd dağı ilə eyniləşdirirlər. Bununla belə həmin dağı Həmədan şəhəri yaxınlığında yerləşən Əlvənd dağı ilə də lokalizə edənlər vardır. Lakin Həmədanın (Ekbatan) Maday dövlətinin paytaxtı olması nəzərə alındıqda paytaxt şəhərin sərhəd yaxınlığında salınması inandırıcı görünmür.Y. Yusifov. Qədim Şərq tarixi. Bakı: 2007, səh. 156

Q. Qeybullayev madayların ilkin məskunlaşma ərazilər haqqında yazır: "İlk vaxtlarda əsasən Kizilbunda (Cənubi Azərbaycan ərazisində indiki Qızıl-Üzən) çayının hövzələrində yaşamış Maday tayfası Assuriya ilə bir neçə əsr qanlı toqquşmalardan sonra, e.ə. 673-cü ildə öz dövlətini yaratmışdır".Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: ADN, 1994, səh. 65.

Madayların ilkin məskunlaşma ərazilərinin sərhədləri ilə bağlı tədqiqatçılar arasında müəyyən mübahisələr olsa da, bir mənalı olaraq bütün tədqiqatçılar madayların məskunlaşma ərazisini tarixi Azərbaycan ərazisində lokalizə edərək, madayların ən qədim və yerli Azərbaycan tayfalarından olmasını və yerli əhalinin (Azərbaycan türklərinin) etnogenezinin formalaşmasında mühüm rol oynadığını qeyd edirlər.Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: ADN, 1994, səh. 65–90

Dövlətin ərazisinin genişləndirilməsi Midiya hökmdarı Kiaksar farsların tabe olunmasından, Şərqi İran ərazilərinin işğalından, geniş torpaqlara malik olan Aşşur dövlətinin darmadağın olunmasından, Mannanın, Urartunun və Sak çarlığının fəth edilməsindən sonra Qərbdə Halis (müasir Qızılirmaq) çayınadək uzanan zəngin Lidiyanı və yunan ticarət şəhərlərini öz dövlətinə birləşdirməyə cəhd etdi.

Herodota görə, Lidiya ilə müharibə e.ə. 590-cı ildə başlandı. E.ə. 585-ci il mayın 28-də Halis döyüşü zamanı günəş tutulması hadisəsi baş verdi və bu hadisə döyüşən rəqiblər tərəfindən pis əlamət kimi qəbul edildi. Müharibə dayandırıldı. Sülh müqaviləsinə əsasən, Mada ilə Lidiya arasındakı sərhəd Halis çayı üzrə müəyyənləşdirildi.

Lidiya ilə müharibənin başa çatdığı ildə qədim dünyanın böyük dövlət xadimlərindən biri, Esxil tərəfindən "Asiya üzərində hökmranlığın banisi" adlandırılmış Kiaksar vəfat etdi. Onun yaratdığı dövlətin ərazisi böyük idi. Bu dövlət Mada çarlığından başqa Manna, Sak çarlığı, Urartu torpaqlarını, "Siro-Mada" adlanan ərazini (keçmiş Aşşur vilayətləri olmuş Zamuanı, Parsuanı, Kişessunu, Xarxarı və b.) əsil Aşşur torpaqlarını (Ksenofontdan məlum olduğu kimi), Hirkaniya və Parfiya ilə birlikdə İranın bütün şərq qismi (bu isə yunan ənənəsindən irəli gəlir) özündə ehtiva edirdi.

Beləliklə, Mada dövlətinin sərhədləri Şərqdə Orta Asiyadan qərbdə Halis çayınadək uzanırdı. Dövlətin şimal sərhədlərinin bir qismi Kolxidanın yaxınlığından keçirdi. Şübhəsizdir ki, Şimali Azərbaycanın bəzi bölgələri də Mada dövlətinin tərkibinə daxil idi. Mada dövlətinin tərkibində artıq sonralar fars hökmdarlarının yazılarında adları çəkilən satraplıqların ən azı bir qismi vardı.

İnzibati idarəetmə thumb|200px|right|Midiya dövlətinin ilkin yaranma ərazisi ellinizm dövründə Kiçik Midiya və ya Atropatena adlanırdı (müəllif: fransız kartoqraf Adrien-Hubert Brué (1839) Güman edilir ki, Mada dövlətinin inzibati quruluşu sonralar Əhəməni imperiyasının quruluşu kimi Aşşur-Urartu sisteminin daha da inkişaf etmiş forması olmuşdur. Ehtimal olunur ki, inzibati idarəyə, məhkəməyə, maliyyə sisteminə başçılıq etmiş satrapların səlahiyyətləri prinsip etibarilə Aşşur vilayət rəislərinin (bçl pehate, pehatu) səlahiyyətlərinin oxşarı idi.Liverani, Mario, "The Rise and Fall of Media", in : G. B. Lanfranchi, M. Roaf, R. Rollinger, eds., Continuity of Empire (?) Assyria, Media, Persia. Padova, published by: S.a.r.g.o.n. Editrice e Libreria, 2003, pp. 1–12, see p. 8–9