Amin Quiri (16 fevral 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusu.
Klub karyerası Quiri 2013-cü ildə Olimpin Lion akademiyasına qəbul olmuşdur. O, 3 iyul 2017-ci ildə Lyon klubu ilə 3 illik müqavilə imzalamışdır. Bu müqavilə onun ilk peşəkar müqaviləsi idi.
Beynəlxalq səviyyədə perspektivi ilə tanınan Quiri 10 sentyabr 2016-cı ildə 16 yaşı olarkən Bordo klubu ilə keçirilən Liqa 1 görüşü üçün əsas heyətə cəlb edilmişdir. O, Lyon B klubu ilə debütünü 17 yaşında etmişdir.
Milli karyerası Quiri Fransanın gənclər millilərində çıxış etmişdir. O, milli ilə 2017 UEFA Avropa U-17 Çempionatında iştirak etmiş və yeddi qolla turnirin bombardiri seçilmişdir. Turnirdə uğur qazandıqdan sonra Quiri bir sıra Avropa klublarının diqqətini cəlb etmiş və The Guardian nəşri tərəfindən dünyanın ən istedadlı gənc futbolçularından biri elan edilmişdir.
2017-ci ildə Quiri Fransanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Quiri İspaniya, Farer adaları, Şotlandiya və iki dəfə Macarıstan milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. O, Farer adaları millisinə qarşı oyunda üç qolla, İspaniya və Macarıstan milliləri ilə oyunda isə iki qolla yadda qalmışdır.
Quiri Fransa millisi ilə 2017 FİFA U-17 Dünya Çempionatında iştirak etmişdir. O, turnirdə debütünü və ilk qolunu Yeni Kaledoniya millisinə qarşı oyunda etmişdir.
Şəxsi həyatı Quiri Fransada anadan olmuşdur. Valideynləri isə Əlcəzair vətəndaşlarıdır.
Uğurları Fərdi 2017 UEFA Avropa U-17 Çempionatı Bombardir 2017 UEFA Avropa U-17 Çempionatı Turnirin Komandası
Karyera statistikası
Klub
KlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigərÜmumiOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolLyon2017–1800000000—00Ümumi karyera000000000000
İstinadlar
Xarici keçidlər France profile at FFF
LFP Profile L'Equipe Profile OL Web Profile
Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Olimpik Lion FK futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Nitsa FK futbolçuları Kateqoriya:Renn FK futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Fransa milli futbol komandasının oyunçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Legioner Əlcəzair futbolçuları Kateqoriya:Olimpik Marsel FK futbolçuları Kateqoriya:Əlcəzairin kişi futbolçuları Kateqoriya:Fransa U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Fransa U-20 milli futbol komandasının futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları