Ziya Ağa () — aktyor, arxiv kadrlarda və filmlərdə iştirak edən. Akademik Milli Dram Teatrının aktyoru, Yuğ Dövlət teatrının aktyoru,"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş rejissoru (2021–2022). Prezident mükafatçısı.
Həyatı Ziya Ağa 1991-ci ildə Ağdam şəhəri Muradbəyli kəndində anadan olub.2009–2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. İkinci təhsil olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatr və kino aktyoru" ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
İlk dəfə 2013-cü ildə rejissor Pərviz Seyidlinin quruluş verdiyi festival üçün nəzərdə tutulmuş "Sus" qısa metrajlı bədii filmdə əsas rollardan birinə çəkilib. Daha sonra 2013-cü ildə İlqar Fəhminin ssenariləşdirdiyi "Qurbağa" adlı qısa metrajlı bədii filmə dəvət alıb və uğurlu bir obraz canlandırıb."Arzuların ardınca"adlı tammetrajlı bədii filmində əsas obraza çəkilərək tanınmağa başlayıb.
Ziya Ağa teatr aktyoru fəaliyyətində ilk öncə "Səda" Tədris Teatrının səhnəsində bir çox rolları ifa edib. Daha sonra bir müddət "Yuğ"dövlət teatrının nəznində yerləşən laboratoriyada aktyor kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının əməkdar artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr" da fəaliyyətini davam etdirib.2017-ci ildə yaranmış müstəqil Human Teatrınında çalışıb. Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Xalq artisti Azər Paşa Nemətovun dəvəti ilə Akademik Milli Dram Teatrına dəvət olunub və hazırda bir neçə tamaşalarda ifa edir.2019-cu ildə əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin dəvəti ilə Azərbaycan Dövlət YUĞ Teatrına dəvət olunub və hazırda orda çalışır.
2019-cu ildə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "Bulmuşam həqqi…" adlı ədəbi-bədii musiqi proqramında aktyor kimi çıxış edib.
2019-cu ildə Moskvada keçirilən "QİTİS-ustad dərsi" festivalında "Otello əfsanəsi" mistik ballada janrında olan tamaşada göstərdiyi yaxşı performansa görə "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi seçilib.
2020-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin xüsusi proqramlar və xüsusi layihələr departamentinin direktoru vəzifəsinə dəvət olunaraq bir müddət bu vəzifədə çalışıb. Daha sonra "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş rejissoru vəzifəsinə təyin olunub (2020–2021)
2020-ci ildə və 6 may 2023-cü ildə Prezident mükafatına layiq görülüb.
İştirak etdiyi beynəlxalq təlimlər və festivallar GRBS REDİONAL LEADER AND İNNOVATOR (2012–2013) Master Klass-Caryne Chapman Clark(2017) VGİK 39-cu Beynəlxalq Kino və Teatr Festivalı (Rusiya-Moskva) (2018) 33-cü AMATÖR Tiyatro Festivali (Türkiyə, Dənizli) (2019) QİTİS-Master Klass 2019(Rusiya-Moskva) QİTİS-Master Klass 2020 (Rusiya-Moskva) Master Klass-İqor Koçayev (2021) Gənclərin 4-cü Teatr formu (Özbəkistan) (2021)
Teatr səhnəsindəki rolları
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Səda" Tədris Teatrı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Tıq-Tıq xanım Nağılçı 2015 Vidadi Həsənov Abdulla Şaiq Yasəmən ağacı Müəllif 2016 Vidadi Həsənov Natiq Məmmədli Zorən təbib Sqanarel 2017 Vidadi Həsənov J. B.Molyer Dəli yığıncağı Doktor Lalbyuz 2017 Fikrət Məlikov Cəlil Məmmədquluzadə Hərə bir qəhrəman oldu Qəhrəman 2018 Gümrah Ömər Qan Turalı Bir günəş altında Person 2017 Caryne Chapman Clark Caryne Chapman Clark Otello əfsanəsi Otello 2018 Gümrah Ömər Vilyam Şekspir Tiran Edip Edip 2020 Mikayıl Mikayılov Sofokl
"M. Teatr Production" Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Tıq-tıq xanım Tülkü 2016 Vidadi Həsənov Abdulla Şaiq O, mənimdir "Fənərçi" və 4 nəfərdən biri 2016 Gümrah ÖmərAntuan de Sent-Ekzüperi Bir gecənin nağılı Namiq 2018 Vidadi Həsənov Rövşən Ağayev "İnstinkt" Fotoqraf 2022 Vidadi Həsənov Vidadi Həsənov "Yad Qadının məktubu" Yazıçı 2023 Vidadi Həsənov Stefan Sveyq
Human Teatrı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Üçüncü Baba 2017 Slavomir Mrojek Pərviz Məmmədrzayev
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif "Çipollino Xəfiyyə 2017 Əlif Cahangirli Canni Rodari "Bir, iki, bizimki" O 2018 Əlif Cahangirli Kamal Abdulla "Sinif yoldaşları" Dimitri 2018 Azər Paşa Nemətov Yuri Polyakov"12-ci gecə və ya hər nə istəsəniz"Ser Endryu Eqyuçik2019Azər Paşa NemətovVilyam Şekspir "İsgəndərə yeni namə" İsgəndər Zülqərneyn 2021 Mehriban Ələkbərzadə İlqar Fəhmi
Azərbaycan Dövlət Yuğ Teatrı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif "Mənəm mən… Seyid Əli 2019 Mehriban Ələkbərzadə İlqar Fəhmi "Şəbədə" Əsgər bəy 2022 Gümrah Ömər Mirzə Fətəli Axundzadə
Filmoqrafiya Sus (film, 2013) Qurbağa (film, 2014) Arzuların ardınca... (film, 2015)—Kamil Qorunan (film, 2015) Salt, pepper to taste" (film, 2017) İkinci pərdə (film, 2017) Yenə o bağ olaydın (film, 2017) Məryəm (teleserial, 2016)-İlkin Ögey ana (teleserial, 2017)-İsmayıl Könül yarası (serial,2018)—Fateh Dalan (filmi,2018)—Yusif Qız qalası (filmi, 2018)—Tuncay Anamın kitabı (serial, 2020) — Səməd
Xarici keçidlər AĞAYEV ZİYA SƏBUHİ OĞLU Akademik Milli Dram Teatrı Bu il Prezident mükafatçısı olan gənclər: onları yaxından tanıyaq SABAH teatrı Beynəlxalq Festivalda mükafat qazanıb Ziya Ağa Moskvada qalibi seçildi "Arzuların ardınca" filminin təqdimatı oldu — fotolar Azərbaycanın özəl teatrının yeni — "Tıq-tıq xanım" tamaşasının premyerası olub — FOTO Dövlət Kukla Teatrında "Bir Gecənin Nağılı" Tamaşası Təqdim Olundu|MUZ LIFE Akademik Milli Dram Teatrında "Sinif yoldaşları" tamaşasının premyerası olacaq (FOTO) Bakıda "O mənimdir" adlı tamaşanın premyerası olub Yeni müstəqil teatr yaranıb Gənclər "Yasəmən ağacı"nı təqdim etdilər Mənəm, mən — mistik-psixoloji dram salt, pepper to taste | duz, istiot zövqə görə QIZ QALASI. Bir məhəbbət əfsanəsi — Trailer ЗАВЕРШИЛСЯ ТЕАТРАЛЬНЫЙ ФЕСТИВАЛЬ СТРАН СНГ "ГИТИС — МАСТЕР-КЛАСС" "Elə bil öpüşməyi dünya kinosuna biz gətirmişik" — MÜSAHİBƏ — FOTO Ziya Ağa:Səhnədə yaşadığım hissləri hələ kinoda yaşamamışam
İstinadlar