Şəki Tarix-Diyarşünaslıq Muzeyi — Şəki rayonunda fəaliyyət göstərən muzey. Muzey Rəşid bəy Əfəndiyevin adını daşıyır. 1925 –ci ildən fəaliyyət göstərir. Binanın ümumi sahəsi 924 km ²-dır. Bunun 724 m2-də ekspozisiya zalları yerləşir.
Tarixi Şəki Tarix-Diyarşünasliq Muzeyi 1925-ci ilin sentyabr ayında yaradılmışdır. Muzeyin 1980-ci ildən bəri fəaliyyət göstərdiyi hazırkı binası 1895-ci ildə kazarma məqsədi ilə tikilmiş tarixi abidədir. Muzeyin ümumi sahəsi 924 m²-dir. Bunun 724 m²-də ekspozisiya zalları yerləşir.Rəşid bəy Əfəndiyev adına Tarix-Diyarşünaslıq Muzeyi Muzeydə Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponat nümayiş etdirilir. Bunlardan 3000-ə yaxını ekspozisiya zallarında nümayiş etdirilir.Eyni zamanda Böyük vətən müharibəsi (1941-1945-ci illər), Əfqanıstan və Qarabağ müharibələrində şəkililərin şücaətini dair stendlər quraşdırılmışdır. Müxtəlif illərdə müxtəlif binalarda yerləşən R.Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi hazırda Şəkinin səfalı bir guşəsində - Qala Divarları arasında olan binada yerləşib. 1895-ci ildə kazarma məqsədilə tikilmiş bu tarixi binaya muzey 1980-ci ildən köçürülüb. Əvvəllər 2 otağa yerləşən muzeyin indi 10 ekspozisiya, 1 lektoriya zallarından ibarətdir.
Muzeyin şöbələri Muzey aşağıdakı şöbələrdən ibarətdir: Giriş Təbiət Qədim dövr Etnoqrafiya Cumhuriyyət Elm,mədəniyyət,səhiyyə xadimləri Döyüş şöhrəti İpəkçilik Kənd təsərrüfatı Şəkinin süfrə və mətbəx mədəniyyəti Lektoriya
Muzeyin maraqlı eksponatları Muzeyidə qorunan faytonda 1920-ci ildə N.Nərimanov Yevlaxdan Şəkiyə gəlib. Muzeyizdəki samovar qəhvə dəmləmək üçündür. Müxtəlif sənət nümunələri Muzeydəki hamam sandığı (seyfi) o vaxtlar qız-gəlinlərin hamama gedərkən üzərilərində daşıdıqları bəzək əşyalarını saxlamaq üçün istifadə olunub. Sandığın üzərində Sədi Şirazinin hamam şeiri həkk olunub. Muzeyidə açılmış Süfrə və mətbəx mədəniyyəti şöbəsində işin qurulmasına məşhur kulinarlardan olan Hacı Cabir Xəlifzadənin rolu olmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycandakı tarix-diyarşünaslıq muzeyləri Kateqoriya:1925-ci ildə yaradılmış muzeylər Kateqoriya:Şəki muzeyləri