Əlihüseyn Ələsgər oğlu Hüseynov, və ya Yaquar (15 dekabr 1957, Salyan, Azərbaycan SSR, SSRİ – 24 oktyabr 2017, Bakı, Azərbaycan) — Azərbaycan kəşfiyyatçısı, Birinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı Erkən illəri

Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona "Yaquar" ləqəbi verilib. O, Şıxov batalyonunda erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşüb. Daşaltı əməliyyatında iştirak edib.

Birinci Qarabağ müharibəsindən sonra O, Azərbaycan Vətən Müharibəsi Veteranları Səbail rayon təşkilatının müavini olub.

Ölümü 2017-ci il oktyabrın 24-də Əlihüseyn Hüseynov Bakının Səbail rayonu, "Oksford" məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binanın damına su çənini düzəltmək üçün çıxmış və binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib. Badamdar qəbiristanlığında dəfn edilib.

Şəxsi həyatı Ailəli idi, 3 övladi var.

İstinadlar

Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan kəşfiyyatçıları Kateqoriya:Birinci Qarabağ müharibəsində kəşfiyyatçılar