() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Kiçik Qafqaz, Şimali və Qərbi Monqolustan, Kiçik Asiya, Türkiyə və Şimali İranda yayılmışdır. Buna bəzən "sarı akasiya" da deyilir. Gürcüstanda rast gəlinir.

Botaniki xarakteristikası Hündürlüyü 30 sm-ə çatan kol və ya yarımkoldur. Qısa, hamar gövdəli, budaqları tikanlı, boz qabıqla örtülmüşdür. Yarpaqları cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqlar 10-35 mm uzunluqda, 5-13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari, üstdən açıq yaşıldır. Yarpaqaltlıqları şişkin və ucu bizvari, odunlaşmışdır. Çiçəkləri sıx çiçək salxımında, 3-8 sm uzunluqda, çılpaq zoğların ucunda yerləşir. Çiçək oxu 19-21 sm uzunluqda olub, möhkəm, ağ, keçə tüklüdür. Kasacığı 13-17 mm, boruvari, sadə, ağ tükcüklüdür; dişcikləri 7-9 mm-dir. Yumurtalığı çılpaq və ya tüklüdür. Tacı ağ rəngli, diametri 2,8-4,5 sm, erkəkciyi 2-5 ədəddir. Paxlası xətvari-silindrik olmaqla, 3,5-6,5 sm uzunluqda, 3–5 mm enindədir. Toxumları yumurtavari, yastıdır. Aprel-iyun aylarında çiçəkləyir, meyvələri avqustda yetişir.

Ekologiyası Dağlarda, dağ otlaqlarında, dəniz səviyyəsindən 1200–2500 m hündürlükdə yayılmışdır.

Azərbaycanda yayılması Naxçıvan dağlarının orta və yuxarı qurşaqlarında, quru, daşlı yamaclarda bitir. Tez böyüyən, quraqlığa davamlı, işıqsevən bitkidir.

İstifadəsi Yarpaqlarından göy rəng alınır, tərkibində 285-400 mq C vitamini, 18%-ə qədər şəkər vardır. Yaşıllaşdırmada istifadə edilməsi məqsədyönlüdür.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax