Ənqəm Qasım oğlu Atnabayev (, , ; d. 23 fevral 1928, İske Kurcem, Birsk kantonu, Başqırd ASSR, Rusiya SFSR, SSRİ — ö. 2 sentyabr 1999, Ufa, Başqırdıstan, Rusiya) — Başqırdıstan və Tatarıstan əsilli Rusiya şairi və dramaturqu, Başqırd ASSR (1977) və Rusiya SFSR (1988) əməkdar incəsənət xadimi, Başqırdıstan Respublikasının xalq şairi (1997), Q. Sələm adına Respublika Mükafatı laureatı (1971).

Bioqrafiyası Ənqəm Qasım oğlu Atnabayev 23 fevral 1928 tarixində, SSRİ-in respublikalarından biri olan Rusiya SFSR-in subyektlərindən biri olan Başqırd ASSR-in Birsk kantonunda yerləşən İske Kurcem kəndində anadan olmuşdur. Ənqəm 1951-1968-ci illərdə respublika qəzeti olan "Qızıl Tan" qəzetində birinci ədəbi işçi, daha sonra isə redaksiya şöbəsinin müdiri olaraq işləmişdir.Әдипләр: Әнгам Атнабаев. Ənvər Atnabayev 1977-1980-ci illərdə "Hənək" () satirik jurnalının redaktor müavini vəzifəsində işləmişdir. Ənqəm Atnabayevin ədəbiyyatda debütü 1950-ci illərdə olmuşdur. 1958-ci ildə şairin ilk şeirlər toplusu olan "Qəlblə söhbət" nəşr olunmuşdur. Şair həmçinin "Gənclərlə görüş" (1961), "Mən sənə müraciət etdim" (1963), "Sevgim mənim, həsrətim mənim" (1968), "Ürəyin yolu" (1971), "Sən həmişə mənimləsən" (1972), "İllər mahnıları tərk edir" (1975), "Zəngin melodiyaları" (1978) daxil olmaqla 20-dən çox şeir və şeir kitabının müəllifidir. Ənqəm Atnabayev əsərlərini tatar dilində yazırdı, ancaq onlar başqırd dilində nəşr olunurdu.

Mükafatlar və titullar Ənqəm Atnabayev yaradıcılığına görə Q. Sələm adına Respublika Mükafatına və Rusiya SFSR-in (1988) və Başqırd ASSR (1977) əməkdar incəsənət xadimi titullarına layiq görülmüşdür. Ənqəm Atnabayev 1997-ci ildə Başqırdıstan Respublikasının xalq şairi adına layiq görülmüşdür. Şair, 1999-cu ildə "Vətənə xidmət üçün" II dərəcəli mükafata layiq görülmüşdür.

Nəşr olunan kitabları Başqırd dilində:

Шиғырҙар һәм поэмалар, Өфө, 1966; Пьесалар, Өфө, 1969 Балаҡайҙарым. Пьесалар, Өфө, 1974 Шиғырҙар һәм поэмалар, Өфө, 1977

Rus dilində:

Любовь моя, тоска моя. Стихи и поэмы, Уфа, 1969 Ты всегда со мной, Уфа, 1972 и др.

Mənbə

İstinadlar

Ədəbiyyat

Başqırd dramaturqları antopoloqiyası Qəynullin М. F., Höseyenov Q. B. Başqırdıstanın Sovet Yazıçıları. Biblioqrafiya Başqırd torpaqlarının yazıçıları / Məlumat kitabçası (Yazıçılar: R. N. Baymor, Q. N. Qareyeva, R. H. Timerqalina). Yenidən işlənmiş II nəşr. — Ufa: Kitab, 2015. — 672 səh.  

Xarici keçidlər Ənqəm Atnabayev Başqırdıstan esiklopediyasında Tatışlinski rayonunun tanınmış şəxsləri Qısa Ədəbiyyat Ensiklopediyası Kürdımda şair Atnabayevin bir abidəsi tikiləcək Başqırdıstan ensiklopediyasında məqalə

Kateqoriya:Başqırdıstan şairləri Kateqoriya:Rusiya şairləri Kateqoriya:Başqırdıstan dramaturqları Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:RSFSR əməkdar incəsənət xadimləri Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:Başqırd dramaturqlar Kateqoriya:Başqırd şairlər