"Harri Potter və Alov Qədəhi" filminin 15 noyabr 2005-ci ildə çıxarılmış musiqi albomudur. Film musiqisi Patrik Doyl tərəfindən yazılmış və London Simfonik Orkestrı tərəfindən ifa edilmişdir.

Musiqi Əvvəlki üç Harri Potter filmindən fərqli olaraq, Con Vilyams dördüncü filmin musiqisinin yazılmasında iştirak edə bilməmişdir. Buna görə də, bəstəkar kürsüsünə Patrik Doyl dəvət edilmişdir. Con Vilyams isə "Ulduz müharibələri. III Epizod: Sithin qisası", "Geyşanın memuarları", "Münhen" və Stiven Spilberqin "Dünyaların savaşı" remeykinin film musiqisi üzərində çalışmışdır.

Ceyms Şermanın rejissorluğu ilə London Simfonik Orkestrı tərəfindən ifa edilmiş film musiqisinə üç yeni mövzu daxildir: bunlardan biri Üç Sehrbaz Turnirini, digəri Lord Voldemortu, üçüncüsü isə Harri Potterin Ço Çanqa aşiq olmasını əks etdirir. Film musiqisinə məşhur "Hedwig's Theme"nin qısa işlənməsi də daxildir. Südrik Diqqoriin ölümü "The Death of Cedric" adlı mövzu ilə qeyd edilmişdir.Harry Potter and the Goblet of Fire soundtrack review at Filmtracks.com

Albom "Billboard 200" hit paradına səkkizinciBILLBOARD 200 , December 3, 2005, "Top Soundtracks Chart" hit-paradına isə dördüncü yerdən daxil olmuşdur.

Kompozisiyaların siyahısı

İstinadlar

04 Kateqoriya:2005-ci ilin musiqi albomları Kateqoriya:Film musiqiləri