Edqar Bloşe (; ) — fransız şərqşünası.

Fəaliyyəti Şərq dilləri məktəbində ərəb, fars, türk və hind dillərini öyrənmişdir. 1895-ci ildən Paris Milli Kitabxanasının əlyazmalar şöbəsində işə başlamış, 1935-ci ilədək burada çalışmışdır. "Ərəb, fars və türk əlyazmalarına rəsmlərin kataloqu" (1911), "Türk əlyazmaları kataloqu" (c. 1–2, 1932–33) kitablarını nəşr etdirmişdir. Həmin kataloqlarda Paris Milli Kitabxanasında saxlanılan Azərbaycan şairlərinin (o cümlədən Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Füzuli, Məsihi və b.) əsərlərindən ibarət cünglərin təsviri verilmişdir. Kataloqlarda 12–20-ci əsrlər Azərbaycan şairlərinin nadir əlyazmaları haqda xeyli məlumat var. Bloşe "Türk əlyazmaları kataloqu"nda Nizami Gəncəvinin ana dilində şeirləri olduğunu qeyd etmişdir. Kataloqun 2-ci cildində 710 nömrəli əlyazmasının bütövlükdə Nizaminin "Yeddi gözəl" poemasının türkcəyə tərcüməsi olduğu və əsərin həmin tərcümədən fransızcaya çevrildiyi göstərilmişdir. "Ərəb, fars və türk əlyazmalarına rəsmlərin kataloqu"nda da Nizamiyə xüsusi yer ayrılmış, şairin əsər lərinə çəkilmiş illüstrasiyalar verilmiş, Nizami əsərlərinə çəkilmiş miniatürlərin hansı rəssamlıq məktəbinə aid olması göstərilmişdir.

Həmçinin bax

Fridrix Bodenştedt

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransa şərqşünasları Kateqoriya:İslam tarixçiləri