Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısıdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarına 1 nömrəli əlavə , Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, İstifadə tarixi:9 yanvar 2015 Siyahıda ən qədim abidələr Füzuli və Xocavənd rayonları ərazisində yerləşən, Quruçay mədəniyyəti dövrünə aid Azıx və Tağlar mağaralarıdır. Siyahıdakı abidələrdən biri UNESCO-nun Ümumdünya irsi siyahısına siyahısına salınmışdır. Siyahıda qeyd edilmiş abidələrin dördü mədəniyyət, memarlıq və tarix qoruqlarıdır.
Siyahı № Abidə Ünvan Qısa təsvir Şəkil Koordinantları 1 Azıx mağarası Azıx, Füzuli rayonu Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Quruçayın sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 200–250 metr asağıda yerləşir. Füzuli ərazisində, rayonun Azıx və Salaketin kəndləri arasında, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20–25 metrə qədərdir. Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.М. М. Гусейнов, А. К. Джафаров — Палеолит Азербайджана, Элм, 1986 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor Dəmir Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır.М. М. Гусейнов – Древний палеолит Азербайджана, Баку, 1985 170px|Azıx mağarasının girişi170px|Azıxantropun alt çənə sümüyü, Azərbaycan Tarix Muzeyi 2 Tağlar mağarası Böyük Tağlar, Xocavənd rayonu Xocavənd rayonunun Böyük Tağlar kəndinin cənubunda, Quruçayın sol sahilində yerləşir. Qafqaz və Yaxın Şərq ərazisində Tağlar paleolit düşərgəsi yeganə abidədir ki, burada əmək alətlərinin uzunmüddətli inkişaf tarixini və yeni-yeni əmək alətlərinin meydana gəlmə xüsusiyyətlərini tədqiq etmək olur. 1963–1986-cı illərdə mağarada aparılan arxeoloji qazıntılar zamanı 8 mindən artıq daş məmulatı və 600 mindən çox ovlanmış heyvan sümükləri tapılmışdır. Çoxtəbəqəli Tağlar paleolit düşərgəsində ilk dəfə olaraq 1963-cü ilin iyun-iyul aylarında M. Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası arxeoloji qazıntı işləri aparmışdır. Tağlar düşərgəsində ilkin arxeoloji qazıntılar zamanı düşərgənin çöküntülərində 3 mədəni təbəqə qeydə alınmışdır. 3 Damcılı mağarası Daş Salahlı, Qazax rayonu Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altında yerləşir. 1956–1958-ci illərdə M. M. Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Damcılı mağara düşərgəsində arxeoloji qazıntı işləri aparmışdır. M. M. Hüseynovun rəhbərliyi altında Damcılı düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı mağarada çöküntünün qarışıq olması müəyyən edilmiş və ona görə də çöküntünün stratiqrafiyasını təyin etmək mümkün olmamışdır. Damcılı düşərgəsində ayrı-ayrı dövrlər üzrə olan çöküntü qatları və maddi mədəniyyət qalıqları bir-birinə qarışmışdır. Damcılı mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 7 minə qədər daş məmulatı və 2 mindən çox ovlanmış heyvanların sümükləri tapılmışdır. Damcılı düşərgəsindən tapılmış daş məmulatı içərisində mustye və levallua itiucluları, qaşov tipli alətlər, bıçaqlar, kəsici alətlər, bizlər və çoxlu istehsal tullantıları qeydə alınmışdır. Damcılı mağara düşərgəsindən aşkar olunmuş daş məmulatının hazırlanma texnikası və tipologiyasına əsasən Mustye, Mezolit, üst Paleolit və Neolit dövrlərində hazırlandıqlarını söyləmək mümkün olmuşdur.170px|Damcılı mağarasının girişi170px|Damcılı mağarasından aşkarlanmış, dəvəgözü və çaxmaqdaşından hazırlanmış əmmək alətləri 4 Qazma mağarası Tənənəm, Şərur rayonu Şərur rayonunun Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Qazma dərəsində olduğundan bu cür adlandırılıb. 1983-cü ilin yayında Paleolit arxeoloji ekspedisiyasının Naxçıvanın Ordubad və Şərur rayonları ərazisində apardığı kəşfiyyat işləri zamanı aşkar olunmuşdur. İlkin kəşfiyyat qazıntısı zamanı Qazma mağarasının çöküntülərində 4 mədəni təbəqə qeydə alınmışdır. I və II təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid gil qablar, III–IV təbəqələrdən isə daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır. Qazma mağara düşərgəsindən 1983-cü ildə tapılmış daş məmulatının texniki və tipoloji tədqiqi zamanı onların Mustye mədəniyyəti dövründə hazırlandıqları müəyyən edilmişdir.170px|Qazma mağarasından aşkarlanmış dəvəgözündən hazırlanmış əmək alətləri, Azərbaycan Tarix Muzeyi 5 Qobustan dövlət tarixi-bədii qoruğu Qobustan, Qaradağ rayonu Qaradağ rayonunun Qobustan qəsəbəsində, Bakıdan 56 km aralıda yerləşir. Qobustan qışlaq kimi Azərbaycan maldarlarına çoxdan məlum olmuşdur. Lakin oradakı maddi-mədəniyyət qalıqları və qayaüstü təsvirləri ilk dəfə Azərbaycan arxeoloqlarından prof. İshaq Cəfərzadə 1939 – 1940-cı illərdə aşkara çıxarmışdır. 1941-ci ildə başlanan Böyük Vətən Müharibəsi ilə əlaqədar olaraq axtarışlar dayandırılmış və bir də 1947-ci ildə davam etdirilmişdir. İ. Cəfərzadə illər boyu apardığı çətin elmi axtarışların və tədqiqatların nəticəsi olaraq 750 qaya üzərndə döymə, qazma və sürtmə üsulla çəkilmiş 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar – petroqliflər qydə almış, 20 qayaaltı sığınacaq aşkarlamışdır. Bunlardan sonra İ. Cəfərzadənin rəhbərliyi altında C. Rüstəmovun və F. Muradovanın apardıqları axtarışlar və arxeoloji qazıntılar nəticəsində çoxlu rəsmlər, yaşayış məskənləri və maddi-mədəniyyət qalıqları aşkara çıxarılmışdır. Böyükdaş dağındakı "Ana zağa" yaşayış məskənində aşkara çıxarılmış üç mədəni təbəqədən iki alt təbəqə bilavasitə daş dövrünə aiddir. Qobustan abidəsi bir də onunla maraqlıdır ki, burda insan həyatı təxminən eramızdan əvvəl onuncu minilliklərdən başlayaraq XVIII əsrə qədər ardı-arası kəsilmədən davam etmişdir. Qobustanda tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyətini nəzərə alan Azərbaycan SSR-in Nazrilər Soveti 1966-cı il 9 sentyabr tarixli qərarı ilə Qobustan dövlət tarixi-bədii qoruğu elan etmişdir. Qoruq əsasən üç dağın (Böyükdaş, Kiçikdaş və Cingirdağ) yerləşdiyi böyük bir ərazini əhatə edir. 170px|Qobustan dövlət tarixi-bədii qoruğunun girişi170px|Yallı səhnəsi təsvir olunmuş qaya