Filipp Ieseyeviç Maxaradze (; ) — gürcü inqilabçı və dövlət xadimi. Gürcüstan SSR-in rəhbəri. 1903-cü ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü idi.

Həyatı Onun atası ruhani idi və o, istəyirdi ki, oğlu da onun yolu ilə getsin. 1884-cü ildə Filipp Ozurqet ruhani məktəbində təhsil almışdır. Daha sonra Tiflis Ruhani Seminariyasına daxil oldu. Həmçinin Varşava Baytarlıq İnstitutunda oxumuşdur, amma oranı bitirmədi.

RSDFP daxil olduqdan sonra dəfələrlə həbs edilirdi. RSDFP-nin Qafqaz İttifaqının təşkilatçılarından biri idi. 1915-ci ilin fevralında Bakı quberniyasına sürgün edilmişdir, oradan Kutaisiyə, 1916-cı ildə isə Tiflisə qaçmışdır. 1917-ci ildə Tiflisdə nəşr olunan "Kavkazsi raboçiy" qəzetinin redaktoru işləmişdir.

1921-ci ilin fevral ayından iyul ayınadək Gürcüstan İnqilabi Komitəsinin sədri idi. 1921-ci il fevralın 16-da "Gürcüstan Sovet Respublikasını" elan etdi və RSFSR hökumətindən hərbi yardım xahişi ilə müraciət etdi.

1921–1922-ci illərdə Gürcüstan əkinçiliyinin xalq komissarı olmuşdur. 1922-ci ilin mart ayından oktyabr ayınadək Gürcüstanın MSK sədri olmuşdur. 1922-ci ildə Gürcüstanın SSRİ tərkibində muxtariyyətin saxlanmasının tərəfdarı olmuşdur.

1924-cü ildən ZSFSR Dövlət Plan Komitəsinin sədri, 1929–1930-cu illərdə Gürcüstan SSR XKS sədri, 1927–1930-cu illərdə ÜKP (b) Mərkəzi nəzarət təftiş komissiyasının üzvü olmuşdur. 1931–1938-ci illərdə Gürcüstan SSR MSK sədri və eyni zamanda 1931–1936-cı illərdə ZSFSR-də Gürcüstanın MSK təmsilçisi təyin olunmuşdur.

1938-ci ilin iyul ayından Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin sədri idi.

1941-ci il dekabrın 10-da Tbilisidə 73 yaşında vəfat etdi. Öncə Mtatsminda panteonunda dəfn edilsə də, sonradan qəbr yeri dəyişdirildi.

1934–1989 illəri ərzində Ozurgeti şəhəri onun adını daşıyırdı.

Onun arvadı Nina Smolnyakova (1882–1951) ictimai xadim, ədəbiyyatşünas və pedaqoq idi. Onun şagirdləri arasında Vladimir Mayakovski yer alır, Nina onu Kutaisi gimnaziyasına qəbul olmaq üçün hazırlaşdırırdı. Qızı Rusudan hələ uşaq yaşlarında 1906-cı ildə Berlində vəfat etmişdir. Читать "Орджоникидзе" — Дубинский-Мухадзе Илья Моисеевич — Страница 11 — ЛитМир

Mükafatları Lenin ordeni (24.02.1941) Махарадзе Филипп Иесеевич  (рус.), Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991.

İstinadlar

Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Gürcüstan SSR Xalq Komissarları Sovetinin sədrləri Kateqoriya:Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin sədrləri Kateqoriya:ÜİK(b)P-nin XVIII qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XVII qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XVI qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XV qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin Mərkəzi Nəzarət Komissiyasının üzvləri Kateqoriya:ÜİK(b)P-nin XVII konfransının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XVI konfransının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XV konfransının nümayəndələri Kateqoriya:Gürcüstan inqilabçıları Kateqoriya:RK(b)P-nin XIV konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XIII konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII konfransının nümayəndələri Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:Bakıya sürgün edilənlər Kateqoriya:RSDF(b)P-nin VII konfrasının nümayəndələri