Heyberq adaları — Kara dənizində yerləşən adalar qrupu. Taymır уarımadası ilə Şimal Torpağı arasında yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir (Rusiya). Arxipelaqa 4 elə də böyük olmayan ada daxildir: Severnıy, Zapadnıy, Srednıy və Vostoçnıy. Böyük Arktik qoruğu ərazisinə daxildir.

Adalar Frityof Nansen tərəfindən kəşf edilir və Norveç Fram qütb ekspedisiyasını maliyyələşdirən Aksel Heyberqin şərəfinə adlandırılır.

Tarixi 1940-cı ildə arxipelaqda Şimal Dəmiz yolunda naviqasiyanı təmin etmək məqsədilə qütb stansiyası quraşdırılmışdır. 1995-ci ildən stansiya tərk edilmişdir

İstinadlar

Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Krasnoyarsk diyarı adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları Kateqoriya:Yaşayış olmayan arxipelaq