Maqeyoya adası ( — kasıb ada) — Skandinaviya yarımadasının şimalında, Barens dənizi sahillərində yerləşən ada. Ada Norveçə məxsusdur.
Adada Nordkap və Knivşellodden burunları yerləşir. İnzibati baxımdan inzibati mərkəzi adanın cənubunda olan Nordkap kommunasına daxildir. Burada yaşayan əhalinin əsas gəliri balıqçılıq və turizmdən əldə edilir.
Tundra bitkilərinə sahibdir. Sahilləri parçalıdır. Sahəsi 436,6 km², ən hündür nöqtəsi 417 m-dir. Nordkapda hündürlük isə 307 metrdir.
Adada ilk yaşayış məntəqəsi b.e.ə 8300 ilə aiddir. 1999-cu ildə adanı materikə birləşdirən, uzunluğu 6,87 km olan tunel inşa edilmişdir.,
İstinadlar
Mənbə Nordkap kammunasının rəsmi saytı
Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Norveç adaları