Təkəli Lələ Mehmed Paşa (ö. 29 noyabr 1595) — III Mehmed dönəmində 10 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Osmanlı mənbələrində "Nişançı" ləqəbi ilə anılır.Uzunçarsılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım, XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010) say.350

Həyatı Əslən türkdür. Şahzadə Muradın Manisa sancaqbəyliyi dövründə divan çavuşu olmuş, şahzadənin taxta çıxışının ardından Manisaya gələn oğlu Şahzadə Mehmedə lələ olmuşdur. Bu səbəblə lələ ünvanı almışdır. III Mehmed taxta çıxdıqdan sonra onunla birlikdə paytaxta gəlmiş, çox keçmədən də sədrəzəmliyə yüksəlmişdir.Danişmend, İsmail Hâmi (1971), Osmanlı Devlet Erkânı, İstanbul:Türkiye Yayınevi.

Ancaq yalnız bir dəfə divan məclisinə qatılmış, şirpəncəsi (qarayara) adlanan xəstəliyə tutularaq sədarətinin 10-cu günü vəfat etmişdir. Vəfa məscidi məzarlığına dəfn olunmuşdur.Tektaş, Nazım. (2009), Sadrâzamlar — Osmanlı'da İkinci Adam Saltanatı. İstanbul:Çatı Kitapları. ISBN 9789758845000

Təkəli Lələ Mehmed Paşanın qayınanası olan Həlimə xatun isə Şahzadə Mehmedin süd anası olmuş, qarşılığında III Mehmed onun adına Manisada külliyə inşa etdirmişdir. Övliya Çələbinin yazdığına görə, Arslan Paşa adlı bir oğlu dövlət vəzifəsinə gətirilmişdir.

İstinadlar

Kateqoriya:Osmanlı sədrəzəmləri Kateqoriya:1595-ci ildə vəfat edənlər Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Osmanlı paşaları Kateqoriya:XVI əsr Osmanlı imperiyası şəxsləri