Tengiz İppolitoviç Siqua (; ) — gürcü siyasi və dövlət xadimi, 1990—1991 və 1992—1993-cü illərdə Gürcüstan hökumətinə başçılıq edirdi.
Həyatı 1934-cü il noyabrın 9-da Gürcüstanın qərbində yerləşən Lentexi kəndində hərbçi ailəsində anadan olmuşdur. O, 1957-ci ildə metallurq mühəndisi ixtisası üzrə Gürcüstan Politexnik İnstitutunu bitirdi. Həmin ilin avqust ayında Siqua Rustavi metallurgiya zavodunda mühəndis işləyirdi, 1962-ci ildən isə baş elmi işçi, laboratoriya müdiri və Gürcüstan SSR Elmlər Akademiyasının Metallurgiya İnstitutunda direktor müavini vəzifələrində çalışmışdır, 1989-cu ildə isə institutun direktoru təyin edildi. 1982-ci ildən Yenidənqurmaya qədər Sov.İKP üzvü idi.
Siqua Zviad Qamsaxurdiyanın hökumətində 1990-cı il noyabrın 15-dən 1991-ci il avqustun 18-dək Nazirlər Şurasının Sədri idi. Qamsaxurdiya devrildikdən sonra müvəqqəti olaraq baş nazirin vəzifələrini icra edicisi təyin edildi. Bu vəzifəsi 1992-ci il noyabrın 8-də yeni Parlament tərəfindən təsdiqləndi. 6 avqust 1993-cü ildə Parlament hökumətin təqdim etdiyi büdcəni rədd etdikdən sonra istefa vermişdi.Transition to democracy, Volume 72. — International Institute for Democracy. — P. 174.
2011-ci ilin avqustunda RİA Novosti xəbər agentliyinə müsahibəsində bildirmişdir ki, 2008-ci ilin avqustunda Cənubi Osetiyaya qarşı müharibəni Gürcüstan başlayıb. Войну в Южной Осетии начала Грузия, заявил экс-премьер Грузии Сигуа| В мире | Лента новостей «РИА Новости»
İstinadlar
Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Gürcüstan SSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:Gürcüstan baş nazirləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri