Emplektit — mineral, CuBiS2
Haqqında Emplektit - rombik. Kristalları prizmatik, iynəvari, lövhəvari. İkiləşmə yalnız mikroskop altında görünür. Ayrılma {001} üzrə mükəmməl, {010} üzrə qeyri-mükəmməl. Aqreqat dənəvər. Rəngi bozumtul, qalayı-ağ, təzə sınıqda açıq sarı çalarlı. Cizgisi qara. Parıltısı metallik. Sərtliyi 2. Xüsusi çəkisi 6,3-6,5. Ag-Co-Ni-Bi-U, W-Mo, Sn və digər hidrotermal yataqlarda. Bi və Cu sulfidləri ilə skarnlarda.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xarici keçidlər
Kateqoriya:Sulfidlər (minerallar) Kateqoriya:Misin mineralları Kateqoriya:Bismutun mineralları Kateqoriya:Rombik sinqoniya mineralları