Epistilbit — mineral, seolit Ca [Al2Si6O16]×5H2O. Ca qismən Na, K-la əvəz olunur.

Haqqında Epistilbit — monoklinik. Kristalları prizmatik, həmişə ikiləşmə halda olur. İkiləşmə keçmə, xaç şəkillidir. Ayrılma {010} üzrə olduqca mükəmməl. Aqreqat: dərzəbənzər, sferolit. Başqa seolitlərlə birlikdə. Stilbitlə eyni olması ehtimal edilir.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

Kateqoriya:Seolitlər Kateqoriya:Kalsiumun mineralları Kateqoriya:Alüminiumun mineralları Kateqoriya:Monoklinik sinqoniya mineralları