Meri-Harmsuort burnu — Aleksandra Torpağında yerləşən burun. Frans-İosif Torpağının ucqar qərb nöqtəsini təşkil edir. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Burunda çoxlu sayda kiçik göllər vardır. Sahillərini Barens dənizi yuyur. Sahildə dərinlik 3 metrdir. Alfred Harmsuortun həyat yoldaşı şərəfinə adlandırılmışdır. Viktoriya adası ilə arasında məsafə 158,5 km-dir.

Topoqrafik xəritə Xəritə

Kateqoriya:Rusiya burunları Kateqoriya:Avropa burunları Kateqoriya:Barens dənizi burunları Kateqoriya:Frans-İosif Torpağı burunları