Qrişin Şar çayı () — Yeni Torpaq arxipelaqına daxil olan Şimal adasının şimal-şərqindən axan çay. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Çayın uzunluğu 27 km-dir.
Çay Şimal adası üzərini örtən buzlaqdan başlayaraq qərbdən şərqə doğru axır. Kara dənizinə daxil olan Natalii körfəzinə tökülür. 160 metrlik hündürlüyə malik ərazidə ensiz qayalı dərədən axır. Axarı boyunca bir sıra qol qəbul edir. Onlar arasında mənsəbə 7 km qalmış tökülən çay ən iri qoldur. Mənsəbində kiçik ada vardır. Mənbə Çayın şəkilləri Çayın şəkilləri
Kateqoriya:Rusiya çayları Kateqoriya:Şimal adası (Yeni Torpaq) Kateqoriya:Kara dənizinə tökülən çaylar