Ayrılıq qısametrajlı bədii filmi rejissor Elçin Cahangirli tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Əlfi Qasımovun "Qağayı fəryadı" povestinin motivləri əsasında çəkilib. Film vaxtilə bir-birini sevən iki gəncin taleyindən bəhs edir. Əsas rolları Nailə Əliyeva və Elçin Cahangirli ifa edirlər.
Məzmun Film vaxtilə bir-birini sevən iki gəncin taleyindən bəhs edir.
Onlar illər sonra bir toy mərasimində qarşılaşırlar. Vaxtilə bir-birilərini sevən bu gənclər baş verən bəzi hadisələr səbəbindən ayrılırlar. İllər sonra bu təsadüfi görüş hər ikisinin sevgi xatirələrini canlandırır. Ancaq necə deyərlər: Ötən günə gün çatmaz, calasan da günü günə...
Film haqqında Film Əlfi Qasımovun "Qağayı fəryadı" povestinin motivləri əsasında çəkilib.
Filmin üzərində işləyənlər Əsər müəllifi: Əlfi Qasımov Rejissor: Elçin Cahangirli Operator: Cabbar Kamaloğlu
Rollarda Nailə Əliyeva — Nərgiz Nahidə Əzimova — Nərgiz (cavan) Elçin Cahangirli — Rauf
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1995-ci ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1995-ci ilin filmləri Kateqoriya:1995-ci ilin Azərbaycan filmləri