Konstantin Nikolayeviç Lizqar () — Azərbaycan Xalq Cümhuriyyətinin ərzaq naziri, Slavyan-Rus Cəmiyyətinin sədri.
Həyatı Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olmuşdur. 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olmuşdur. 1914-cü ildə leytenant rütbəsi ilə orduya sıralarına cəlb olunub. 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət etmişdir.
Aprel işğalından sonra Bakının Qorçakovski 14 ünvanında yaşayan, sabiq ərzaq naziri və Slavyan-Rus Cəmiyyətinin sədri Konstantin Lizqar ilk həbs edilənlərdən oldu.Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K. N. Lizqarın istintaq işi, v.6
1920-ci ilin mayın 2-də XI Qırmızı Ordu İnqilabi Şurası yanındakı Xüsusi Şöbə tərəfindən 292 saylı həbs vərəqi əsasında azadlıqdan məhrum edilib. Həbs vərəqində 38 yaşında olması, orta təhsilli, ixtisaslı zabit, neft sənayesi sahəsində çalışması, ailəliyi ilə bağlı qeydlər var idi.
1920-ci ilin mayın 15-də istintaqın çıxardığı qərar əsasında, yəni "1917-ci ildən əks-inqilabi fəaliyyətə başlayan, Beynəlmiləlin yaxınlaşan təhlükəsinə qarşı 1918-ci ildə Slavyan-Rus Cəmiyyətini yaradan, sədr kimi onun Sovet Rusiyasına qarşı fəal mübarizəsinə rəhbərlik edən, bütöv, vahid, bölünməz Rusiyanın xilası uğrunda şüurlu mübarizədə Könüllü Ordu, İngiltərə və Amerikanın nümayəndələri ilə görüşən, əks-inqilabi ideyalarını yaymaq üçün qəzet nəşr edən" Konstantin Lizqar XI Ordu Xüsusi şöbəsinin 15 may 1920-ci il tarixli qərarı ilə güllələndi.Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K. N. Lizqarın istintaq işi, v.7.
Konstantin Lizqar bolşeviklər tərəfindən güllələnən ilk Azərbaycan Xalq Cümhuriyyəti naziri olmuşdur.
Siyasi fəaliyyəti
Keçid dövrü Xüsusi Zaqafqaziya Komitəsində yollar komissiyasının kargüzarı və Yollar Komissarlığında xüsusi tapşırıqlar məmuru vəzifəsində çalışıb.
1918-ci ilin martında Tiflisdə Slavyan-Rus Cəmiyyətini təsis edərək onun sədri olmuşdur.
Konstantin Lizqar Slavyan-Rus Cəmiyyətinin sədri seçilənə qədər Müvəqqəti Hökumətin Xüsusi Zaqafqaziya Komitəsinin sərəncamında fəaliyyət göstərirdi. 1917-ci ilin avqustun 22-də Müvəqqəti Hökumətin Xüsusi Zaqafqaziya Komitəsinin ona verdiyi vəsiqədə yazılmışdı:Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K. N. Lizqarın istintaq işi, v. 62
Azərbaycan Xalq Cümhuriyyəti dövrü Konstantin Lizqarın 1918-ci ilin 16 fevralında Zaqafqaziya Komissarlığının Ticarət və Sənaye Komissarı Lütfəli bəy Behbudov tərəfindən verilmiş tapşırıqla Batuma gedib, 28 fevrala qədər təlimatda göstərilən işləri yerinə yetirib qayıtması ilə bağlı sənəd də mövcuddur.Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K. N. Lizqarın istintaq işi, v. 63 Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstandakı diplomatik nümayəndəsinin verdiyi vəsiqədə Konstantin Lizqarın dövrün əkinçilik naziri Xosrov bəy Sultanovun dəvəti ilə Tiflisdən Bakıya gəldiyi qeyd olunur.Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K. N. Lizqarın istintaq işi, v. 65 Xosrov bəy Sultanovun himayədarlığı və sərəncamı əsasında Konstantin Lizqar Əkinçilik Nazirliyində xüsusi tapşırıqlar məmuru olaraq çalışmışdır. Konstantin Lizqar haqqında sonralar istintaqa ifadə verən, Slavyan-Rus Cəmiyyətinin üzvü Mixail Vinoqradov belə demişdir:Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K. N. Lizqarın istintaq işi, v. 106
Hökumətdə Konstantin Lizqar 1918-ci ilin dekabr ayının 26-da III Xoyski hökumətində ərzaq naziri təyin olunmuşdur.Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Aдpec-календары Aзepбaйджанской Pecnyблики нa 1920 год, Б., 1920Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti: 1918–1920. B., 1990, s. 92.
Konstantin Lizqar Stepan Rılskinin şirkətində müdir işləyən Suxaryevskini nazirlikdə hüquq məsləhətçisi təyin etmişdi. Sonra Lizqarın məktəb yoldaşı Ratner və Dərbəndli olan bacanağı Sulyenko işə qəbul olundu.
1919-cu ilin yanvarında Lizqar Stepan Rılski ilə buğda sövdələşməsinə başladı. O öz vəzifəsindən sui-istifadə etməyə başlamışdı. Mixail Vinoqradovun ifadələrində belə məlumatlar vardır:Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K. N. Lizqarın istintaq işi, v. 108.
1919-cu ilin mart ayının 14-də III Xoyski hökuməti istefa verdi. Yeni hökumətdə yer ala bilməyəcəyindən narahat olan Konstantin Lizqar hökumətin ona 3 milyon pul ayıracağını düşünərək bacanağı Sulyenkonu buğda almaq üçün Yekaterinodara göndərdi. Buna baxmayaraq I Yusifbəyli hökumətində Lizqara vəzifə verilmədi. O, sonradan Neft Sənayeçiləri Cəmiyyətində işləməyə başladı.
Mənbə
İstinadlar
Ədəbiyyat
Həmçinin bax Slavyan-Rus Cəmiyyəti
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin ərzaq nazirləri Kateqoriya:Slavyan-Rus Cəmiyyətinin üzvləri