— "Takahiro IV Project" adlı layihənin bir parçası olaraq "Studio Gokumi" tərəfindən hazırlanmış və Seyci Kisi tərəfindən çəkilmiş 12 seriyalıq Yaponiya anime-serialı. Serial Yaponiyada MBS telekanalında 16 oktyabr və 25 dekabr 2014-ci il tarixləri arasında efirə verilmişdir. Anime "Pony Canyon" şirkətinin Şimali Amerika leyblı "Ponycan USA" tərəfindən lisenziyalanmışdır. "ASCII Media Works" şirkəti tərəfindən çoxsaylı ranobe və manqa seriyaları nəşr olunmuşdur. 2015-ci ilin fevral ayında Yaponiyada bir "PlayStation Vita" videooyunu satışa çıxarılmışdır. 2014-cü ilin dekabr ayında "Windows" platforması üçün bir vizual roman satışa çıxarılmışdır. Prikvel ranobesi və sikvel serialından ibarət olan II anime mövsümü layihəsi 2017-ci ilin mart ayından 2018-ci ilin yanvar ayına qədər davam etmişdir.

Süjet Anime-serialın süjeti Yaponiyanın Şikoku adasında yerləşən, uydurma Sanşu şəhərində keçir. Bu şəhər gerçək həyatdakı Kaqava prefekturasının Kanonci şəhərinə əsaslanır. Hekayə 300-cü ilində baş verir. Yuna, Mimori, Fu və İtsuki üzvüdürlər və özlərini yardım istəyənlərə kömək etməyə həsr ediblər. Onların adi günlük həyatlarındakı bir gün, "Qəhrəman Klubu"nun üzvləri qəfildən işığın partlayışına tutulur və özlərini qəribə bir meşədə tapırlar. Onlar burada insanlığı qoruyan tanrı "Şincu"nu (, ) məhv etmək istəyən Verteks adlı sirli məxluqlara rast gəlirlər. Yuna və dostları özlərini Şincuya həsr olunan "Tayşa" təşkilatı tərəfindən verilən xüsusi bir telefon applikasiyasından istifadə edərək dünyanı qaçınılmaz bir məhvdən qorumaq üçün sehrli güclərlə "qəhrəmanlar"a çevirməlidirlər.

Personajlar

"Qəhrəman Klubu"nun üzvü və orta məktəbin ikinci sinif şagirdi. O, ehtiyacı olanlara yardım etmək və hər zaman optimistik qalaraq qəhrəman olmağı ilə qürur düyur. Yuna qəhrəman formasında olan zaman əlbəyaxa döyüş üçün zirehli yumruqlardan istifadə edir və adlı inəyə bənzər bir yoldaşı olur. Yuna daha sonra adlı pişiyə bənzər bir yoldaşa sahib olur. Yuna "Mankay" formasından istifadə edir və bunun nəticəsində dadalma hissini itirir. "Mankay" formasından ikinci dəfə istifadə etməsi nəticəsində, Yuna bu dəfə ayaqlarından istifadə edə bilmir. Etdiklərinə görə komaya düşən Yuna, Mimorinin səslərini eşitdikdən sonra huşunu geri alır. Çox vaxt keçmədən Yuna dadalma qabiliyyətini geri alır və yeriyə bilir.

İstinadlar

Xarici keçidlər

Yūki Yūna wa Yūsha de Aru: Jukai no Kioku rəsmi saytı Yūki Yūna wa Yūsha de Aru: Hanayui no Kirameki rəsmi saytı

Kateqoriya:Anime serialları Kateqoriya:2015-ci ilin videooyunları Kateqoriya:2014-cü ilin videooyunları Kateqoriya:Döyüş rol oyunları Kateqoriya:Döyüş-macəra videooyunları Kateqoriya:Fentezi videooyunları Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:2015-ci ilin Yaponiya romanları Kateqoriya:2014-cü ilin Yaponiya romanları Kateqoriya:2017-ci ilin Yaponiya romanları Kateqoriya:Maho-şoco anime və manqaları Kateqoriya:Uşaq superqəhrəmanlar Kateqoriya:Windows videooyunları Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Kadokawa Dwango franşizləri Kateqoriya:Müharibə haqqında anime və manqalar Kateqoriya:Magiya televiziyada Kateqoriya:2017-ci ilin filmləri Kateqoriya:Seynen manqaları