Mətin Balasən oğlu Eynullayev () – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi (2021-ci ildən), Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (2020-ci ildən), vergilər nazirinin (2018–2019) və təhsil nazirinin (2017–2018) sabiq müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (2018), 3-cü dərəcəli dövlət müşaviri (2026).
Həyatı Mətin Balasən oğlu Eynullayev 22 mart 1975-ci ildə Bakı şəhərində anadan olub. Evlidir, iki övladı var.
1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1997-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti 1998–2002-ci illərdə – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb.
2002–2007-ci illərdə – Özəl sektorda çalışıb.
2007–2009-cu illərdə – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi vəzifəsində çalışıb.
2009–2013-cü illərdə – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb.
2013–2016-cı illərdə – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb.
11 yanvar 2017-ci ildə – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
17 yanvar 2018-ci ildə – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
27 dekabr 2018-ci ildə – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
13 may 2020-ci ildə – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib, eyni zamanda Xidmətin rəisi vəzifəsinin səlahiyyətlərini icra edib.
19 avqust 2020-ci ildə – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.
6 may 2021-ci ildə – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
16 may 2022-ci ildə – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.
Mükafatları 22 iyun 2015-ci ildə – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
İstinadlar
Kateqoriya:Azərbaycanın elm və təhsil nazirlərinin müavinləri Kateqoriya:Azərbaycanlı hüquqşünaslar