Seyid Rəzi və ya Əbül-həsən Məhəmməd ibn Əbi Əhməd (; ləqəbi: Şərif Rəzi; ) — alim, fəzilət sahibi və ədib, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən.
Həyatı O, on yaşından şer deməyə başlayıb və otuz yaşında çox az bir müddət ərzində Quranı əzbərləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hədiyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yaxşılıqlardan paya malik olub.
Seyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alimlərindən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: "Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nöman bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məscidin- də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: "Ey Şeyx, bunlara fiqh öyrət"! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyid Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: "Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən". Şeyx ağlayır və öz yuxusunu o möhtərəm xanıma danışır. Bundan sonra Şeyx Müfid həmin iki uşağın tərbiyəsini öhdəsinə götürür.
Seyid Rəzi 359 h.q. ilində Bağdadda dünyaya gəlib və 404 və ya 406 h.q. ilinin məhərrəm ayının altısı, bazar günü səhər tezdən vəfat edib. Onun məzarı Bağdadın Kərx mələlləsində yerləşir və hamı tərəfindən ziyarət edilir. Seyid Rəzinin "Nəhcül-Bəlağə"dən başqa əldə on üç kitabı var ki, "Təlxisul-bəyan ən məcazatil-Quran" da onlardan biridir.
Həmçinin bax Şeyx Müfid Nəhcül-bəlağə Seyid Mürtəza Ələmül-hüda
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İraq şairləri Kateqoriya:Ərəb dilində yazan şairlər Kateqoriya:Müsəlman dini liderlər Kateqoriya:Şiəlik Kateqoriya:İraqlı şiə müsəlmanları Kateqoriya:Musəvilər Kateqoriya:XI əsr ərəbləri Kateqoriya:Şiə din xadimləri Kateqoriya:X əsr ərəbləri Kateqoriya:İlahiyyat Kateqoriya:İraqlı şiə din xadimləri Kateqoriya:İslam alimləri Kateqoriya:İslam ədəbiyyatı