Hatçetit [ing. kimyaçısı Hatchett-in şərəfinə] - bitumların qatranlı kamponentləri olmayan təmiz parafinli növlərinin qrup təsnifatının adı. Rəngsiz, sarımtıl, yaşılımtıl, adətən, kristalik, bəzən isə vazelinəoxşar maddə şəklində olub, parafinli neft çıxışları ətrafında süxur boşluqlarında az miqdarda rast gəlinir. Mənşəyinə görə metamorfizləşmiş metanlı neftlərlə, qismən isə naftoidlərlə əlaqədardır.

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679

Həmçinin bax Bitum Neft Metamorfizləşmiş yataq Naftoidlər

Kateqoriya:Minerallar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri