() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Morfoloji əlamətləri Bel üzgəcində bəzən 9 şaxəli şüanın olması, bir qədər uzun başı və üzgəcləri, ölçüsünün kiçikliyi ilə tipik növdən fərqlənir.
Yayılması Onun yayılması Lənkəran vilayətindəki bir neçə çayla (Lənkəran, Viləş, Qumbaşı, Təngəru, Astara) məhdudlaşır.
Yaşayış yeri və həyat tərzi Daşlı və ya daşılı-qumlu dibi olan kiçik çaylardayaşayan şirinsu balığıdır. Xironomid, gündəcə sürfələri, bəzən diatom su bitkiləri ilə qidalanır. Nadir hallarda taxtabitiləri yeyir.
Çoxalması Çoxalması və böyüməsi öyrənilməmişdir. Y.Ə.Əbdürrəhmanova (1962) görə uzunluğu 39-60, ortalam 38,5 mm-dir.Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003.
Təsərrüfat əhəmiyyəti Lənkəran çılpaqçası təsərrüfat əhəmiyyəti olmayan balıqlardandır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan faunası Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər