Qustav Ar (tam adı:Gustav Eliyah Ahr; ) — daha çox Lil Peep kimi tanınan amerikalı repçi və müğənni. Post-emo diriliş janrında ifa edən ilk musiqiçilərdən biri idi, ifa etdiyi mahnıları emo-trep sayılır.

Həyatı Qustav Ar Pensilvaniya'da doğulub, Long Island'in cənubi sahilində böyüyüb. Onun valideynləri Harvard'ın məzunları idi; Qustav yeniyetmə olanda onlar boşanıb. Atası kollecdə professor işləyirdi, anası isə ibtidai sinif müəlliməsi.

Məktəbə sona qədər getməyib öz təhsilini onlayn-kurslarla bitirib. Az sonra Peep musiqi ilə maraqlanmağa başlayıb.

17 yaşında, öz musiqi karyerasını davam etdirmək üçün, Qustav Los-Anceles'ə köçür. Burda o GothBoiClique-ə qoşulur.

Karyerası 2015-ci ildə Lil Peep öz ilk miksteypini buraxır «Lil Peep Part One», hansı ki ,bir həftə içində, SoundCloud-da 4000 dənə oynatma yığdı.Bundan az sonra o LP Feelz və bir dənə də miksteyp «Live Forever» buraxır.

2016-cı ildə Lil Peep daha iki dənə miksteyp buraxır - «Crybaby» və «Hellboy»

15 avqust 2017-ci ildə ilk studiya albomu olan «Come Over When You’re Sober» işıq üzü görür. Albomu dəstəkləmək üçün Peep tur elan edir. Oktyabrın 2si başlayıb Noyabrın 16sı bitməli idi, lakin Qustav 15 noyabr vəfat edir, və El-Paso'da baş tucağı nəzərdə tutulan son konsert ləğv edilir.

11 yanvar 2018 Marshmelo öz YouTube kanalına Lil Peeplə birgə yazdırdığı "Spotlight" mahnısını yerləşdirir, fevralın 12si isə həmən mahnının klipi də həmən kanala yerləşdirilir.

1 mart 2018 Qustavın prodüseri öz rəsmi Twitter səhifəsində bildirir ki «Come Over When You’re Sober part 2» üstündə işi bitirir, və bu yaxınlarda paylaşılacağını vurğulayır.

Şəxsi Həyatı 2017-ci ildə musiqiçi London'da yaşayırdı.

Qustav kokain və alprazolamdan asılı idi. Uyuşdurucular haqda tez-tez öz mahnılarında və sosial şəbəkələrində danışırdı.

2017-ci ildə Qustav öz Twitter hesabında biseksual olduğunu bildirdi.

Vəfatı 2017-ci ilin noyabrında Adam Qrandmeyson, Qustavın yaxın dostu, bildirdi ki Peep yüksək doza'da Kokain və Ksanaks qəbul etdiyinə görə xəstəxanaya yerləşdirilib.

Arın 15 noyabrda hospitalizasiya olunduğu haqda xəbər yayıldıqdan sonra onun meneceri bildirdi ki Qustav yüksək doza qəbul etdiyinə görə vəfat edib. Peepin 21 yaşı var idi.

Diskoqrafiya

Albomlar Come Over When You’re Sober (Part I) (2017) Come Over When Your Sober (part 2) (2018)

Miksteyplər Lil Peep Part One (2015) Live Forever (2015) Crybaby (2016) Hellboy (2016)

EP Feelz (2015) Vertigo (2016) California Girls (2016) Teen Romance (2016)

İstinadlar

Kateqoriya:Barbituratlardan vəfat edənlər Kateqoriya:Allentaunda doğulanlar Kateqoriya:Tusonda vəfat edənlər Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:LGBT müğənnilər Kateqoriya:ABŞ repçiləri Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:Columbia Records artistləri Kateqoriya:İsveç repçiləri Kateqoriya:Şərq Sahili hip-hop musiqiçiləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XXI əsr ABŞ repçiləri