Tuzla adasıСловарь имён собственных (, , türkcə. tuz "duz", türk., qıpçak. tuzlu "duzlu") — qumdan təşkil olunmuş, sahəsi 3,5 km² təşkil edən ada. Adanın uzunluğu 5 - 6,5 km, eni isə 0,5 km təşkil edir. Kerç boğazı, Azov dənizi, Kerç yarımadası ilə Taman yarımadası arasında yerləşir. 2003-cü ildə Rusiya ilə Ukrayna arasında ada ilə əlaqədar yaranan konfliktdən sonra məşhurlaşmışdır.

Tarixi 2,5 min il öncə adanın yerləşdiyi sahillərdə suyun səviyəsi 4 metr aşağı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, adanın sahəsi indikindən dəfələrlə böyük və Taman yarımadasına birləşik olmuşdur.

Tuzla dili Kerç boğazında olan axınların hesabına təqdicən formalaşırdı. XVII əsr xəritələrinə baxdıqda dilin dəfələrlə formasını dəyişdiyni müşahidə etmək olar. Hətta bir necə adaya ayrılması belə olmuşdur. Bəzi dövrlərdə isə Taman yarımadasına birləşmişdir. Buna bənzər proseslər XIX əsrdə də davam etmişdir.

20-ci əsrin əvvəlində adanın dağılmış hissəsi fırtınalarla doldurulmuşdur.

Müasir ada Tuzla dilindən formalaşmışdır. 29 noyabr 1925-ci ildə güclü fırtına zamanı ada ilə dil arasında keçid əmələ gəlmişdir. İlk əvvəllər bu keçid 300 metr, 1926-cı ildə isə dil istiqamətində genişlənərək 940 metr olmuşdurDmitry Ya. Fashchuk. Marine Ecological Geography: Theory and Experience. 2011. 1993-cü il ölçmələrinə görə bu hissədə maksimal dərinlik 3.1 m, orta dərinlik 1,2 m, minimal isə 0,3 metr təşkil edir. Bu boğazın eni 4,1 km idi.

7 yanvar 1941-ci ildə RSFSR Ali Sovetinin qərarı ilə ada Krım MSSR ərazisinə qatılmışdır. 19 fevral 1954-cü ildə növbəti qərarla isə Krım vilayəti Ukrayna SSR ərazisinə verilir. 29 sentyabr 2003-cü ildə Krasnodar vilayətinin rəhbərliyi Taman yarımadasından Tuzla dili istiqamətdə bənd inşa etməyə başlayır. Bu isə iki ölkə arasında münasibətlərin gərginləşməsi ilə nəticələnir. Rusiyanın bu addımında hədəf Azov dənizində iki ölkə rasında dəniz sərhədlərinin təyinində divident əldə etməsi olur.

23 oktyabr 2003-cü ildə dövlət sərhəddinə 102 metr qalmış damba inşa işləri dayandırılır. həmin ilin dekabrında isə Vladimir Putin və Leonid Kuçma «azov dənizi və Kerç boağından itifadədə əməkdaşlıq anlaşmasını» imzalayırlar. Münaqişədən sonra Krım MR Ali soveti 2003-cü ilin oktyabrında adada yeni yaşayış məntəqəsi salmaq qərarına gəlir. Ancaq 6 sentyabr 2006-cı ildən isə bundan imtina edir«Крымчане не хотят остров Тузла (Украина)» — Регнум (07.09.2006). 300px|thumb|Balıqçı qəsəbəsi

12 iyul 2012-ci ildə Yaltada Ukrayna və Rusiya prezidentləri Rusiya Federasiyası ilə Ukrayna arasındakı dəniz sərhədinin gələcək delimitasiyası haqqında birgə bəyanat imzalayıblarСовместное заявление Президентов России и Украины по вопросам делимитации морских пространств в Азовском и Чёрном морях, а также в Керченском проливе«Путин и Янукович поделили море» — Рамблер (13.07.2012)

Krımın Rusiya tərəfindən işğalından sonra 21 mart 2014-cü ildə Krım və Sevastopol Rusiyaya birləşdirilir. Bundan sonra Rusiya Xarici işlər naziri Sergey Lavrov Rusiya Ukrayna ilə Kerç məsələsində hansısa danışıq pridmetini görmədiyini bəyan etmişdir.

1 oktybr 2015-ci ildə ada materiklə işçi körpüsü vastəsi ilə birləşdirilmişdir

Ekologiya 300px|thumb|Adanın lanşaftı. 300px|thumb|Adanı qoruma qurğuları. Güclü fırtınalar zamanı adanın böyük hissəsi suyun altında qalır. Adanın cənub hissəsi isə daha çox zərər görür. Son beş ildə burada yarım km ərazi itirilmişdir. Bu səbəbdən burada sahil bərkitmə işləri aparılır«Из-за размыва косы Тузла уже потеряно 15 гектаров украинской территории» — Регнум (26.06.2007).

Tuzla hqqında filmlər «Tuzla. Xəzinələr adası». Sənədli film, müəllifi Pavel Qriqoriyeviç Şeremet, 2003.

Ədəbiyyat Травников А. И. Коса Тузла: перечисленная территория. Изд. Краснодарские Известия. Краснодар. 1997. Травников А. И. Коса Тузла и стратегические интересы России. Изд. Феникс, Ростов на Дону, 2005. İstinadlar

Topoqrafik xəritələr Topoqrafik xəritə L-37-098-A Topoqrafik xəritə L-37-098-A-c

Kateqoriya:Ukrayna adaları Kateqoriya:Azov dənizi adaları Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Ukraynanın ərazi mübahisələri