Quda Əliyeviç Qudiyev () — Bakı polismeystri (1919–1920), general.
Həyatı Qudiyev Quda Əliyeviç milliyyətcə inquş idi. O, 1880-ci il fevralın 12-də Qafqaz dağlarının ətəyində, Vladiqafqaz şəhərində Ter daimi milisində işləyən yunkerin ailəsində anadan olub. Vladiqafqaz Real məktəbini bitirib. 1916-cı ilin martında Quda Qudiyev rotmistr (kapitan) rütbəsi almışdı. O, Vəhşi diviziya tərkibində də döyüşüb.
Öldürülməsi Ali İnqilabi Tribunalın 29 avqust 1920-ci il tarixli hökmü dərhal icra olunmuş və beləliklə, Quda Qudiyev 40 yaşında güllələnmişdi.İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013
Fəaliyyəti Azərbaycan hökuməti tərəfindən Bakıya dəvət olunan rotmistr Quda Qudiyev 1 fevral 1919-cu il tarixində Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun müavini təyin edilmişdir. Daha sonra o, daxili işlər naziri Nəsib bəy Yusifbəylinin 29 aprel 1919-cu il tarixli əmri ilə Bakı şəhərinin polismeysteri təyin edilmişdi. Lakin 1919-cu ilin iyununda o, Bakı şəhər rəisi vəzifəsinə təyin olunmuşdu. Quda Qudiyev 15 iyun 1919-cu ildə Bakı qradonaçalniki vəzifəsinə başlaması haqqında 1 nömrəli əmr vermişdi.
Mükafatları 4 iyun 1904-cü ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni. 12 noyabr 1904-cü ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni (qılınc və bantla). 11 fevral 1905-ci ildə 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni (qılınc və bantla). 22 fevral 1905-ci ildə 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (qılınclarla). 2 oktyabr 1905-ci ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (qılınc və bantla). 1914-cü ilin dekabrında Karpat döyüşlərindəki şücaətlərinə görə 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni
Ailəsi Quda Qudiyev Kale Lyanova adlı inquş xanımla ailə qurub. 1909-cu ildə oğlu Əhməd dünyaya gəlib. Əhməd və anasının sonrakı taleyi haqqda məlumat yoxdur.
1912-ci ildə Moskvada İran təbəəsinin qızı Qəmər Sultan (Tamara) xanım Haşımova ilə ailə qurur. Bu evlilikdən Leyla xanım və Aslanbəy adında iki övladı dünyaya gəlir. Quda Qudiyev tutulduqdan sonra ailəsinə vida məktubunda onların Bakıdan getmələrini istəyir və həyat yoldaşı buna əməl edir. Tamara xanım övladlarını da götürərək öncə Moskvaya sonradan isə Parisə qardaşının yanına köçür.
İkinci Dünya müharibəsi dövründə oğlu Aslanbəy Şarl De Qollun rəhbərlik etdiyi "Azad Fransa" hərəkatının iştirakçısı olur. Müharibə bitdikdən sonra podpolkovnik rütbəsi ilə istefaya çıxıb. Övladı olmayıb və 1997-ci ildə dünyasını dəyişib. Parisdə müsəlman qəbiristanlığında dəfn edilib.
Qeydlər
İstinadlar
Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin polisləri Kateqoriya:Azərbaycanda güllələnənlər Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar