İkinci Göytürk-Sasani müharibəsi — 603/619 cu illərdə Sasanilər ilə Qərbi Göytürklər arasında baş vermiş müharibə idi

603/604-cü illərdə Qərbi Göytürk Xaqanlığının və Ağ Hunların Sasanilərin nəzarətində olan İrana hücumu ilə başlayan bir sıra münaqişələr. Müharibə Göktürklərin Sasanilərə qarşı qəti qələbəsi ilə nəticələndi.Lev Gumilev, Eski Türkler, Selenge Yayınları, s. 172J. Marquart, Eranshahr, s.66Sebeos, Istoriya Imperatora, s.52Robert Haug, The Eastern Frontier: Limits of Empire in Late Antique and Early Medieval Central Asia

603-cü ildə Kuşanlar İranın şərqində üsyana başladılar. Smbat 12000-dən çox itki versə də, Kuşanları məğlub edə bildi.Lev Gumilev, Eski Türkler. Selenge Yayınları. s. 172. Bu döyüşdə məğlub olan Kuşanlar “şimal bölgələrinin böyük xanı”ndan kömək istədilər.Lev Gumilev, Eski Türkler. Selenge Yayınları. s. 172. Bu vaxt Smbat öz qərargahını Nişapurda qurmuşduAkbulut, Dursun A. Arap Fütuhatına Kadar Maveraünnehir ve Horasan’da Türkler (MÖ II- MS VII. Yy), (Doktora Tezi). 1984. s. 116. və Göytürklər 604-cü ildə Hroxt şəhərinə çatdılar və tezliklə Smbatın qərargahının qarşısında göründülər.Mario Grignaschi, Sabirler, Hazarlar ve Göktürkler. s. 238. Çembuhun komandanlığı altında olan türklər onun qərargahında olan Smbatı mühasirəyə alaraq hücuma keçdilər. Smbat 3 nəfəri ilə döyüşdən qaça bilsə də, onun köməkçisi Datayan öldürüldü.

Sasani ordusunun məğlubiyyətindən sonra türklər İsfahana qədər bütün Şərqi İranı talan etdilər. Artamonov, M. İ. Hazar Tarihi (Türkler, Yahudiler, Ruslar). Selenge Yayınları. s. 192.Lakin böyük xanın əmri ilə Göytürk ordusu 604/605-ci ildə Toles üsyanı münasibəti ilə İran torpaqlarından geri çəkildi. Mario Grignaschi, Sabirler, Hazarlar ve Göktürkler. s. 238.

Göytürk ordusunun geri çəkilməsindən sonra Smbat, üsyançı Kuşanların ərazilərinə yenidən hücum etdi. Bəlxi tutaraq talan etsə də, Baktriyaya girməyə müvəffəq olamadı ve yenidən imperiyanın şərq sərhədlərini gözləməyə başladı.Lev Gumilev, Eski Türkler. Selenge Yayınları. s. 172.

Həmçinin-bax Üçüncü fars-türk müharibəsi birinci fars-türk müharibəsi

Ədəbiyyat 'Pourshariati 2008, p. 139. Sebos. İraq imeratorunun tarixi. Kateqoriya:Sasanilər imperiyası Kateqoriya:VII əsr tarixi Kateqoriya:VII əsrdə ölkələr

Kateqoriya:VII əsrdəki münaqişələr Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Türk xalqları Kateqoriya:Sasanilər imperiyasının döyüşləri Kateqoriya:600-cü illərdəki münaqişələr