I Yusifbəyli hökuməti və ya Dördüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 4-cü, Nəsib bəy Yusifbəylinin başçılığı ilə 14 aprel 1919 tarixindən 22 dekabr 1919 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər, slavyan-rus cəmiyyəti üzvləri və daşnaklardan ibarət koalisya hökuməti.Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. (stenoqrafık hesabat), c.1–2, B., 1998
Zəmin Fətəli xan Xoyski öz hökumətinin istefası barədə parlamentə məktub göndərir. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur.
1919-cu ilin aprelində qurulacaq IV hökumət kabinetinin qurulması isə Nəsib bəy Yusifbəyliyə tapşırılır.Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998.
Tərkibi 1919 il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni yaratdığı kabinənin üzvlərini parlamentə təqdim etdi: VəzifəsiAdıBaşlama tarixiBitmə tarixiFraksiya (Partiya)<center>Nazirlər Şurasının sədri<center>90pxNəsib bəy Yusifbəyli<center>14 mart 1919<center>22 dekabr 1919Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>Daxili İşlər naziri<center>90pxNəsib bəy Yusifbəyli<center>14 mart 1919<center>Oktyabr 1919Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>90pxMəmmədhəsən Hacınski<center><center>Oktyabr 1919<center><center>22 dekabr 1919<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>Dövlət nəzarəti naziri<center><center>90pxNəriman bəy Nərimanbəyli<center><center>14 mart 1919<center><center>22 dekabr 1919<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>Ədliyyə naziri<center><center>90pxAslan bəy Səfikürdski<center><center>14 mart 1919<center><center>22 dekabr 1919<center><center>Sosialistlər fraksiyasıXalqçı Partiyası<center><center>Əkinçilik və dövlət əmlakı naziri<center><center>90pxAslan bəy Qardaşov<center><center>14 mart 1919<center><center>22 dekabr 1919<center><center>Əhrar fraksiyası<center><center>Hərbi nazir<center><center>90pxSəməd bəy Mehmandarov<center><center>14 mart 1919<center><center>22 dekabr 1919<center>Fraksiyasız<center>Xarici işlər naziri<center><center>90pxMəmməd Yusif Cəfərov<center><center>14 mart 1919<center><center>22 dekabr 1918<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>Maarif və dini etiqad naziri<center>90pxRəşid xan Qaplanov<center>14 mart 1919<center><center>22 dekabr 1919<center>Əhrar fraksiyasıMaliyyə naziri<center>90pxƏliağa Həsənov<center><center>14 mart 1919<center><center>22 dekabr 1919<center>Bitərəflər fraksiyası<center>Poçt-teleqraf və əmək naziri<center><center>90pxCamo bəy Hacınski<center><center>14 mart 1919<center><center>22 dekabr 1919<center><center>Sosialistlər fraksiyasıXalqçı Partiyası<center><center>Portfelsiz nazir<center><center>90pxXoren Amaspür<center><center>14 mart 1919<center>22 dekabr 1919<center><center>Erməni fraksiyası<center><center>Daşnaksutyun fraksiyası<center><center>Səhiyyə naziri<center><center>90pxAbram Dastakyan<center><center>14 mart 1919<center>22 dekabr 1919<center><center>Daşnaksutyun<center>Sosial təminat naziri<center><center>90pxViktor Klenevski<center><center>14 mart 1919<center><center>22 dekabr 1919| bgcolor="#3B0E44" | |Slavyan-rus Cəmiyyəti fraksiyası |- |<center>Ticarət və sənaye naziri<center> |<center>90pxAğa Əminov<center> |<center>14 mart 1919 |<center>22 dekabr 1919<center> | bgcolor="#007CC2" | |<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>Yollar naziri<center>90pxXudadat bəy Məlik-Aslanov<center>14 mart 1919<center>22 dekabr 1919Fraksiyasız
Fəaliyyəti Parlamentin 14 aprel tarixli iclasında çıxış edən Nəsib bəy Yusifbəyli elan etdi ki, xarici siyasət sahəsində onun kabinetinin başlıca məqsədi Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınması və dövlətin ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan söz, mətbuat, yığıncaq və başqa azadlıqların təminatı, fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı olacaqdır. Milli məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd etdi ki, Hökumət bütün qüvvəsini Azərbaycanın və onun ərazisində yaşayan bütün millətlərin sevimli vətəni olmasına sərf edəcəkdir.Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001
Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Belə ki, 1919 il mayın 6-da bolşeviklərin gizli təşkilatının təşəbbüsü ilə Bakı Fəhlə Konfransı tərəfindən hazırlanan tətil şəhəri bürümüşdü. Parlamentin həmin gün keçirilmiş iclasında hökumət adından çıxış edən Nəsib bəy Yusifbəyli demişdi:
1919-cu ilin mayında Şimali Qafqazı və Dağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə Azərbaycan və Gürcüstanı işğal təhlükəsi altında qoymuşdu. Yaranmış təhlükəli vəziyyət Azərbaycan Parlamentinin və Hökumətinin iclaslarında dəfələrlə müzakirə olunmuşdu.Aдpec-календары Aзepбaйджанской Pecnyблики нa 1920 год, Б., 1920
Denikin təhlükəsi ilə bağlı Parlament tərəfindən qəbul edilmiş qərarda göstərilirdi ki, mövcud hökumət daxilindən bir heyət seçilməli və həmin heyət ölkənin müdafiəsini təşkil etməlidir. Bununla əlaqədar olaraq 1919-cu il iyunun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə 5 nəfərdən ibarət Dövlət Müdafiə Komitəsi yaradıldı. Komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi, yollar, xarici işlər və ədliyyə nazirləri daxil edildilər.
1919-cu il iyunun 11-də Dövlət Müdafiə Komitəsi fövqəladə vəziyyət haqqında qərar qəbul etdi. Ölkədə Denikin təhlükəsinə qarşı səfərbərlik elan olundu. Həmin il iyunun 27-də Denikin ordusunun hücumundan müdafiə məqsədilə Azərbaycan-Gürcüstan hərbi-müdafiə sazişi imzalandı.Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998
İstefası Kabinet və parlament daxili münaqişələrə görə 4-cü kabinet də 22 dekabr 1919-cu il tarixində istefa verdi.
İstinadlar
Mənbə
Həmçinin bax
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti hökumətləri Kateqoriya:1919-cu ildə Azərbaycan