Mostar Universiteti (, ) — Bosniya və Herseqovinanın Mostar şəhəri, Rodno rayonu ərazisində yerləşən universitet. Ölkədə olan yeganə universitetdir ki, bütün təhsil prosesi xorvat dilində aparılır.

Mostar Universitetinin kökləri Franciskan ilahiyyat məktəbinin yaradıldığı 1895-ci ilə aiddir. 1950-ci ildə Mostarda ali təhsil məktəbi təşkil olunur. 1959-cu ildə Ali texniki məktəb, 1960-cı ildə isə ali kənd təsərrüfatı məktəbi təşkil olumuşdur.

Universitet 11 fevral 1977-ci ildə təşkil olunmuşdur. İlk əvvəllər Camal Biediç adını daşıyırdı. O, bir dövlət xadimi olaraq 1977-ci ildə avia qəzada həlak olmuşdur. Universitet təşkil olunarkən 4 fakültə, 1 kollec və 2 institutdan ibarət idi. 1977/1978 tədris ilində universitetdə 5016 tələbə təhsil alırdıEnciklopedija Jugoslavije: Bje-Crn . Jugoslavenski Leksikografski Zavod, 1980.

1992-ci ildə başlanan Bosniya müharibəsi zamanı universitet bugünkü adını almışdır. Bundan sonra universiteti rəsmi dili xorvat dili olur. 1993-cü ildə Universiteti tərk etmiş müsəlman professorlar Mostarda ikinci ali təhsil müəsisəsini təşkil etmişlər. Ali təhsil ocağı Camal Biediç Universiteti adlanır. O keçmiş Yuqoslaviya hərbi kazarmalarından birində yerləşir.

Universitetdə hazırda 14 000 tələbə təhsil alır. Omlarda 17 % Xorvatiya vətənfdaşlarıdır. Universitetin 1000 əməkdaşı vardır. Universitetdə 10 fakültə, incəsənət akademiyası, 8 institut və tələbə mərkəzi vardır. Bakalavr və magistr üçün hazırlanan proqram Boloniya qaydaları ilə uyğunlaşdırılır. Universitetin rektoru Lerpa OstoiçdirSveučilišta u Mostaru: Rektorat , abgerufen am 2. April 2015. Universitet Böyük Xorvat bazarı q, 1Договоры и соглашения ОмГУПСа с зарубежными вузами ünvanında yerləşir. Universitetin çap vərəqəsində Fransiskan monastırının binasını təsvir edilmişdir.

İstinadlar

Mənbə Rəsmi sayt

Kateqoriya:Bosniya və Herseqovina universitetləri