Leonid Makaroviç Kravçuk (; ) — sovet və ukraynalı partiya, dövlət və siyasi və ictimai xadim, Ukrayna Respublikasının 1-ci Prezidenti (5 dekabr 1991 – 19 iyul 1994).

Ukrayna Respublikasının Ali Radasının sədri I–IV çağırış deputatı. 1958–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası üzvü, 1990–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası MK sədri.

Həyatı Leonid Makaroviç Kravçuk 1934-cü ildə Polşa Respublikasının Böyük Jitin kəndində (indiki Rivne vilayəti, Ukrayna) anadan olmuşdur. Atası — Makar Alekseyeviç Kravçuk (17.03.1906–1944) 1930-cu illərdə polşa kavaleriyasında xidmət edib. Anası — Yefimiya İvanovna Kravçuka polşa osadniki ətrafında işləyib. İkinci Dünya müharibəsi vaxtı 1944-cü ildə Makar Alekseyeviç Kravçuk cəbhədə həlak olmuş, Belarusda dəfn olunmuşdur. Leonidin anası isə 1980-ci ildə insult səbəbindən vəfat etmiş, doğma kəndində dəfn edilmişdirНовини України | Обозреватель .

Leonid Kravçuk 1958-ci ildə Kiyev Milli Universitetini bitirmiş, 1958–1960-cı illərdə Çernovtsı Maliyyə Texnikunda dərs demişdir.

1967–1970-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası MK İctimai Elmlər Akademiyasının aspiranturasında oxumuşdur. "Sosializmdə mənfəətin mahiyyəti və kolxoz təsərrüfatında onun rolu" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi olmuşdur.

1970–1988-ci illərdə sektor müdiri, müfəttiş, katib köməkçisi, birinci müavini, Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsinin təşviqat və təbliğat şöbəsinin müdiri olmuşdur.

1989–1990-cı illərdə Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideoloji şöbəsinin müdiri, katibi olmuşdur. 1980-ci illərin sonlarında, "Kiyev axşamı" qəzetinin səhifələrində Kravçuk Ukrayna müstəqilliyinin tərəfdarları ilə açıq müzakirəyə başlayır. KP-nın çox mühafizəkar liderliyinə zidd olanlarrın fonunda, onun mövqeyi mülayim görünür.

1989–1990-cı illərdə Siyasi Büro üzvlüyünə namizəd, 1990–1991-ci illərdə Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olmuşdur.

1990-cı ildən — Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi olmuşdur.

1990-cı ilin martında Ukrayna SSR Ali Sovetinin deputatı seçilmişdir.

1990-cı ildən Sovet İttifaqı Kommunist Partiyası MK üzvü seçilmişdir.

1990–1991 — Ukrayna Respublikasının Ali Radası Sədri olmuşdur.

1991-ci il avqustun 24-də Leonid Kravçukun sədrliyi ilə Ali Rada Ukraynanın müstəqilliyini elan edən akt qəbul etmişdir.

Ukrayna Prezidenti Prezidentlik postunda partiyasız kimi səsə qoyuldu. Artıq qadağan edilmiş Kommunist Partiyasının (onların namizədi Aleksandr Tkaçenko Kravçukun lehinə namizədliyini geri çəkdi), həmçinin Ali Rada sədrini "müstəqillik atası" elan edən milli demokratların bir hissəsi kimi dəstəklədi.

1991-ci il dekabrın 1-də Leonid Kravçuk Ukrayna Respublikasının 1-ci Prezident seçkilərində 61,6% səs toplayaraq Ukrayna Respublikasının 1-ci Prezidenti seçildi. thumb|316x316px|L. M. Kravçuk, S. S. Şuşkeviç, B. N. Yeltsinn. 1991-ci il. 8 dekabr 1991-ci ildə RSFSR prezidenti Boris Yeltsin və Belarus Respublikası Ali Sovetinin sədri Stanslav Şuşkeviç ilə birlikdə Sovet İttifaqının mövcudluğunun son qoyulması haqqında Belovej müqviləsi imzalandı. İki gün sonra Ukrayna Respublikasının Ali Şurası müqaviləni şərtlərlə təsdiqlədi.Постановление Верховного Совета Украины от 10 декабря 1991 года № 1958-XII "О ратификации Соглашения о создании Содружества Независимых Государств"

19 iyun 1992-ci il Leonisd Kravçuk 1978-ci il Ukrayna Konstitusiyasındakı SSRİ haqqında istinadların tam aradan qaldırılması haqqında qanun imzaladıЗакон Украины от 19.06.1992 № 2480-XII.

İtalyan jurnalist və politoloqu Culyetta Kyoza "Əlvida, Rusiya!" adlı kitabında Kravçukun SSRİ-nin dağılmasının əsas təşəbbüskarı olduğunu düşünür. 2016-cı ildə Leonid praktik olaraq bildirdi ki, Ukrayna xalqı SSRİ-nin qəbirqazanı olmuşdur. thumb|241x241px|Ukrayna Prezidenti Leonid Kravçuk 1992-ci ildə|alt=|left

1993-cü il 3 sentyabr tarixində Massandra müqaviləsini imzaladı ki, bu da Qara dəniz Donanmasının və Ukraynada yerləşdirilən nüvə silahlarının gələcək taleyini narahat etdi. Bundan sonra 1994-cü ilin iyul ayında növbədənkənar prezident seçkiləri ilə razılaşdı. İlk turda o, digər namizədlər arasında ən çox səs aldı, ikinci turda isə Leonid Kuçmanın seçilməsi ilə birinciliyi itirdi.

Ailəsi Arvadı — Antonina Mixaylovna Kravçuk (qızlıq soyadı: Mişura) (d. 1935) — Taras Şevçenko adına Kiyev Milli Universitetinin iqtisadiyyat fakültəsinin dosenti, 1957-ci ildə evlənmişdir. Oğlu — Aleksandr Leonidoviç Kravçuk (d. 21 iyul 1959) — biznesmen, həyat yoldaşı Yelena Anatolyevna Kravçuk Kiyev Milli Universitetində işləyirЛеонид КРАВЧУК: "Я считаю себя демократическим президентом, ещё больше демократическим мужчиной и совсем демократическим мужем" /ДЕНЬ/ . Nəvəsi — Andrey Aleksandroviç Kravçuk (d. 1981) — Kiyev Milli Universitetində Beynəlxalq Münasibətlər İnstitutundan məzunu olub, reklam agentliyində işləyir, həyat yoldaşı Mariya Viktorovna Kravçuk biznes-firmasında çalışır. nəticəsi — Yelena Andreyevna Kravçuk (d. 2005).

Kitabları thumb|303x303px|L. M. Kravçuk

Beşillik planın effektivlik və keyfiyyətinin qısa iqtisadi lüğəti (həmmüəllif, 1078); Sarsılmaz ittifaq: Soraq kitabçası (həmmüəllif, 1982); On birinci beşillik planın iqtisadi lüğəti (həmmüəllif, 1982) Ailə birdir. (ümumi redaksiyada — M., "Plakat", 1985. — 240 səh., Qiyməti: 8 rubl 60 q.); Yeni iqtisadi mexanizm (həmmüəllif, 1989); İdeoloji iş: Yenidənqurma təcrübəsi: Respublikanın Partiya təşkilatı materialları (həmmüəllif, 1989); "Dövlət və hakimiyyət: inzibati islahatlar təcrübəsi" (2001); "Bizdə nə var?" (2002); "Bir Ukrayna, vahid xalq" () (2010).

Mükafat və adları Ukrayna Qəhrəmanı (21 avqust 2001)Указ Президента України № 701/2001 від 21 серпня 2001 року "Про присвоєння звання Герой України" — müstəqil Ukrayna dövlətinin formalaşmasına və inkişafına şəxsi töhfəsi və uzun illər göstərdiyi fəal siyasi və ictimai fəaliyyətinə görə. Azadlıq Ordeni (10 yanvar 2014) — uzun illər göstərdiyi səmərəli sosial və siyasi fəaliyyəti və Ukrayna dövlətinin inkişafında göstərdiyi şəxsi töhfəsi üçün. II (2007Указ Президента України № 4/2007 від 9 січня 2007 року "Про нагородження Л. Кравчука орденом князя Ярослава Мудрого" ), III (2004Указ Президента України № 11/2004 від 10 січня 2004 року "Про нагородження Л. Кравчука орденом князя Ярослава Мудрого" ), IV (1999Указ Президента України № 6/99 від 10 січня 1999 року "Про нагородження відзнакою Президента України "Орден князя Ярослава Мудрого"" ) və V dərəcəli knyaz Yaroslav Mudrı ordeni (1996Указ Президента України № 731/96 від 21 серпня 1996 року "Про нагородження відзнакою Президента України "Орден князя Ярослава Мудрого"" ); "Oktyabr inqilabı" ordeni; İki dəfə "Qırmızı əmək bayrağı" ordeni; Ukrayna Nazirlər Kabinetinin fəxri diplomu (2004); Müqəddəs Stanislav ordeninin Böyük Xaç kavaleri (1999).

Ədəbiyyat На 1/6 планеты // Филателия. 1993. — № 4. — С. 7. Валентин Чемерис. Президент.- К., 1994 Прощай, Россия. М.: Гея, 1998 Л. В. Губерський. Кравчук Леонід Макарович // Українська дипломатична енциклопедія: У 2-х т. /Редкол.:Л. В. Губерський (голова) та ін. — К: Знання України, 2004 — Т.1–760с. ISBN 966–316–039-X Ю. Шаповал, М. Михальченко. Кравчук Леонід Макарович // Політична енциклопедія. Редкол.: Ю. Левенець (голова), Ю. Шаповал (заст. голови) та ін. — К.: Парламентське видавництво, 2011. — с.371 ISBN 978-966-611-818-2

İstinadlar

Xarici keçidlər

Кравчук Леонід Макарович ГЕРОЙ УКРАЇНИ — Кравчук Леонід Макарович "Ми ніколи не думали, що так залежимо від Росії" (Л. М. Кравчук, 1992 год) Интервью с Леонидом Кравчуком Кравчук Леонид Мониторинг политической деятельности Леонида Кравчука Кравчук: Мы с Россией не партнёры Свободные цены и сгоревшие вклады. Бунт Черноморского флота. Трызуб и "кравчучка" Леонид Кравчук, экс-президент Украины: Ельцин просил вернуть России Крым…

Ю. І. Шаповал. Кравчук Леонід Макарович Ю. І. Шаповал. Кравчук Леонід Макарович

Kateqoriya:Leonid Kravçuk Kateqoriya:Ukrayna prezidentləri Kateqoriya:Ukraynanın dövlət başçıları Kateqoriya:SSRİ iqtisadçıları Kateqoriya:Ukrayna iqtisadçıları Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Ukrayna pedaqoqları Kateqoriya:Ukrayna Ali Radasının sədrləri Kateqoriya:Ukrayna Ali Radasının II çağırış deputatları Kateqoriya:Ukrayna Ali Radasının III çağırış deputatları Kateqoriya:Ukrayna Ali Radasının IV çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Ürək-damar xəstəliyindən vəfat edənlər Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasını tərk edənlər Kateqoriya:XXI əsr siyasətçiləri