Tabatsğuri gölü () — Samtsxe-Cavaxeti bölgəsində, Borjomi və Axalkalaki rayonlarının sərhədində yerləşən göl. Dəniz səviyyəsindən 1991 metr yüksəklikdə yerləşir. Sahəsi 14,2 km2-dir. Ən dərin yeri 40,2 metr, orta dərinliyi 15,5 metrdir. Suyunun həcmi 221 milyon m3-dur. Gölü yeraltı sular, qar və yağış suları qidalandırır. Suyun səviyyəsi aşağı həddə fevral ayında, yüksək həddə iyun ayında çatır. Buzlanma dekabrın sonlarından martın sonlarına kimi davam edir.

Suyu təzə və bol balıqlıdır. Gölün sahilində Tabatsğuri və Moliki kəndləri yerləşir. Ktsia-Tabatsğuri Qoruğu ilə əhatə olunmuşdur.

İstinadlar

Kateqoriya:Gürcüstan gölləri Kateqoriya:Qafqaz gölləri Kateqoriya:Asiyadakı axarsız göllər