Mehmed Seyfəddin Əfəndi () — 33. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu, Osmanlı şahzadəsi.

Həyatı Şahzadə Mehmed Seyfəddin Əfəndi 1874-cü ildə atası Sultan Əbdüləzizin səltənəti əsnasında Dolmabağça sarayında dünyaya gəldi. Anası isə onun beşinci xanımı Gövhəri xanım idi. 2 yaşında atasının taxtdan endirilməsi və şübhəli ölümünün ardından anası ilə birlikdə Fəriyyə sarayında gözaltına alındı. Gənclik illəri bu sarayda nəzarət altında keçən Seyfəddin Əfəndi ilk təhsilini 1879-cu ildə qardaşı Şövkət Əfəndi və bacısı Əsma Sultan, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. Anasının 1894-cü ildə vəfatından sonra Sultan Əbdülhəmidin himayəsinə girdi. Donanmada hərbi təlim keçdi və yüksək rütbəyə gəldi.

Digər yandan saray musiqisi ilə də yaxından məşğul olurdu və III Səlimdən sonra Osmanlı sülaləsinin ən məşhur ikinci bəstəkarı idi. Tamburi Cəmil bəy müəllimlərindən biri idi. Qanun, piano, skripka və tamburda ifa etdiyi bir çox bəstələri vardı. Övladlarına da musiqi təhsili verən Seyfəddin Əfəndi 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra Fransanın Nitsa şəhərinə getdi. Sürgünün üçüncü ilində Nitsada bağırsaq infeksiyası səbəbilə vəfat etdi. Cənazəsi Dəməşqə aparıldı və burada Süleymaniyyə təkyəsinin qəbiristanlığına dəfn olundu.

Ailəsi Nəşə-fələk xanım (d. 5 yanvar 1880 — ö. 1930, Nitsa) — 4 dekabr 1899-cu ildə evləndilər. 1 övladı oldu. Mehmed Əbdüləziz Əfəndi Nervaliter xanım (d. 27 mart 1887, Poti — ö. 1935, Nitsa) — 23 fevral 1902-ci ildə evləndilər. 3 övladı oldu. Mahmud Şövkət Əfəndi Əhməd Tövhid Əfəndi Fatma Gövhəri Sultan

Mənbə Nuri Özcan: Şehzade Seyfeddin Efendi Islam Ansiklopedisi, 2009, Band 37, Seite 30–31 Hochspringen↑ Murat Bardakci: Mahyacılığın son büyük üstâdı, habertürk, 24 Juli 2012, abgerufen am 30. Juni 2014 Weblink

Kateqoriya:Osmanlı şahzadələri Kateqoriya:Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olunanlar Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XX əsrin diplomatları