Molot (, ) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunmuş gündəlik leqal bolşevik qəzeti.
Tarixi 1919-cu ildə Bakıda rus dilində nəşr olunmuşdur. Birinci nömrəsi 1919-cu il iyulun 9-da, sonuncu nömrəsi isə avqustun 14-də (cəmi 31 nömrə) çıxmışdır. "Molot"da Rusiya Kommunist (bolşe-viklər) Partiyasının ideya-siyasi xətti təbliğ edilir, Azərbaycan xalqının milli hökumətinə qarşı yönəldilən yazılar dərc olunurdu. Pozucu fəaliyyətinə görə "Molotun nəşri Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qadağan edilmişdi, lakin qəzet 1919-cu il avqustun 19-dan 28-dək "Proletari" adı ilə nəşrini davam etdirmişdir (8 nömrə).
İstinadlar
Xarici keçidlər Mətbuat tarixi
Kateqoriya:1919-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:1919-cu ildə ləğv olunanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətində qəzetlər