Əhməd Nuri Öztəkin () (d. 1876, Bandırma – ö. 1951) — Türk əsgəri.

Hərbi fəaliyyəti 1886-cı ildə hərbi məktəbə daxil olmuş və 1900-cü ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 25 avqust 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədə göstərdiyi şücaətlərə görə Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı. 12 apreldə 1928-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 1951-ci ildə vəfat etdi.

Medal və təltifləri "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)

Həmçinin bax İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi

İstinadlar

Mənbə T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 109.

Kateqoriya:1876-cı ildə doğulanlar Kateqoriya:1951-ci ildə vəfat edənlər Kateqoriya:Türkiyənin hərb tarixi Kateqoriya:Türkiyə çərkəzləri