I Təzəkənd yaşayış yeri — Şərur rayonunun eyniadlı kəndindən cənub-qərbdə, Araz çayının sağ sahilində arxeoloji abidə.Novruzlu Ə. İ., Baxşəliyev V. B. Şərurun arxeoloji abidələri. B., 1993.
Yaşayış yerinin ərazisi su kanallarının çəkilməsi zamanı tamamilə dağılmışdır. Abidənin ərazisində qara rəngli tuf daşlarından hazırlanmış dən daşları aşkar olunmuşdur. Kür-Araz mədəniyyəti üçün xarakterik olan dən daşlarının arxa tərəfində qulplar yonulmuşdur. Təzəkənd yaşayış yerini e.ə. IV–III minilliklərə aid etmək olar.
İstinadlar
Kateqoriya:Şərur rayonunun qədim yaşayış yerləri