İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri () — İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) tərkibində fəaliyyət göstərən və İran İslam Respublikasının hava məkanının müdafiəsini və strateji raket imkanlarını təmin edən qoşun növür. 1985-ci ildə yaradılmışdır. İİKK-nin əsas hərbi struktur bölmələrindən biri hesab olunur. İİKK-nin Aerokosmik Qüvvələri təşkilati baxımdan İran Hərbi Hava Qüvvələrindən ayrıdır və daha çox strateji raket qüvvələri hesab olunur.
2009-cu ilədək İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri adlanmışdır.
Strukturu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) aerokosmik qüvvələri bu qurumun aviasiya, raket və kosmik komponentlərini özündə birləşdirir. Bu qüvvələrin əsas vəzifələri düşmənin quru, hava və dəniz qüvvələrinə, eləcə də hərbi və iqtisadi infrastruktur obyektlərinə raket zərbələrinin endirilməsindən ibarətdir. Şəxsi heyətinin sayı təxminən 15–20 min nəfər arasındadır.
Sanksiyalar, təzyiqlər və davamlı resurs məhdudiyyətləri Aerokosmik Qüvvələrini asimmetrik yanaşma tətbiq etməyə vadar etmişdir. Bu məqsədlə İİKK kəşfiyyat, müşahidə və zərbə tapşırıqları üçün istifadə olunan müxtəlif pilotsuz uçuş aparatlarının inkişafına və tətbiqinə xüsusi əhəmiyyət vermişdir.
İranın aviasiya arsenalında pilotsuz uçuş aparatları ölkənin hərbi potensialının ən sürətlə inkişaf edən istiqamətlərindən biri hesab olunur. Pilotsuz uçuş aparatlarından müxtəlif hərbi qurumlar tərəfindən istifadə olunsa da, genişlənən pilotsuz sistemlər parkının əsas operatoru İİKK-nin Aerokosmik Qüvvələridir.
İran müntəzəm olaraq Fars körfəzi və Hörmüz boğazı da daxil olmaqla sərhəd və sahilboyu ərazilərdə kəşfiyyat və müşahidə məqsədli uçuşlar həyata keçirir. Suriya və İraqda aparılan əməliyyatlar çərçivəsində isə müxtəlif tipli PUA-lardan kəşfiyyat və zərbə tapşırıqları üçün istifadə olunur. 2018-ci ildə Suriyanın şərqində keçirilən antiterror əməliyyatı zamanı İİKK ilk dəfə olaraq İran ərazisindən zərbə tipli pilotsuz uçuş aparatından istifadə etmişdir.
Komandanlar № Şəkil Komandan Başlanğıc Son 1 100px Musa Rəfan 1985 1990 2 100px Briqada generalıHüseyn Dehqan 24 aprel 1990 18 yanvar 1992 3 100px Briqada generalıMəhəmməd Hüseyn Cəlali 18 yanvar 1992 30 oktyabr 1997 4 100px Briqada generalıMəhəmməd Baqir Qalibaf 1997 2000 5 100px Briqada generalıƏhməd Kazımi 28 iyun 2000 25 avqust 2005 6 100px Briqada generalıMəhəmmədrza Zahidi 25 avqust 2005 21 yanvar 2006 7 100px Briqada generalıHüseyn Səlami 21 yanvar 2006 4 oktyabr 2009 8 100px Briqada generalıƏmir Əli Hacızadə 4 oktyabr 2009 13 iyun 2025 9 100px Briqada generalıMəcid Musəvi 14 iyun 2025 Vəzifədədir
Həmçinin bax İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun Raket Qüvvələri Qüds qüvvələri Bəsic
İstinadlar
Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusu