Astaga.com — İndoneziya mərkəzli internet markası. Marka 2000-ci ildə internet investisiya şirkəti olan İndonesia Online şirkətinin bir qolu kimi yaradılmışdır."Astaga!com plans listing on Nasdaq" The Jakarta Post , Jakarta | Business | April 13, 2000 7 milyon ABŞ dolları məbləğində sərmayə qoyduqdan sonra, 2001-ci ildə marka Cənubi Afrika media konqlomeratı hesab edilən M-Web provayderinə satılmışdır. Marka illər ərzində inkişaf etdi. 2004-cü ildə 300-dən çox işçiyə sahib olan marka İndoneziya səviyyəsində zirvəyə yüksəldi. 2004-cü ilin sonunda M-Web provayderi İndoneziya ilə əlaqələri kəsdi. Provayder Astaga.com və Kafegaul.com markalarının fəaliyyət göstərən aktiv hissələrini xarici və İndoneziya investorlarının konsorsiumuna satdı.cybertech.cbn.net.id 2012-ci ildə Astaga.com Fil Rikard və Sandi Qunavan tərəfindən idarə olunan beynəlxalq investisiya şirkəti tərəfindən satın alınmışdır. 2013-cü ilin sonundan etibarən marka beta versiyada fəaliyyət göstərir.

İstinadlar

Mənbə

Xarici keçidlər

Website Developer Astagatech

Kateqoriya:İndoneziya brendləri