Vüqar Vahid oğlu Novruzov () — Göygöl Rayon İcra Hakimiyyətinin başçısı (2025-ci ildən), Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (2019–2025).
Həyatı Vüqar Vahid oğlu Novruzov 7 oktyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecmenti ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun baş müşaviridir.
Ailəlidir, üç övladı var.
Əmək fəaliyyəti Fəaliyyətinə 2002–2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlayıb. 2003–2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007–2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2019-cu il tarixli 107 nömrəli əmri ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Naftalan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Prezidentin digər sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib
Təltifləri Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə, 21 iyun 2017-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Naftalan Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Xəzər Rayon İcra Hakimiyyətinin başçılarının müavinləri Kateqoriya:Göygöl Rayon İcra Hakimiyyətinin başçıları