Nizami küçəsi döngə 4, ev 3 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan “Günbəzli ev”lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir.
Memarlıq xüsusiyyətləri
XIX əsrin əvvəllərində inşa edilmiş ev, fasad və planının həll edilməsinə görə, İsmət Qayıbov küçəsi, döngə 1, ev 3 yerləşən yaşayış binasını xatırladır. Evin interyeri fasadla müqayisədə daha zəngin həll edilmişdir. Otaq boyunca uzanan ləmlərin üstündə dayaz niş sırası keçir. Nişlər bir-birindən alebastr çəpərlər vasitəsiylə ayrılmışdır; otaqdakı buxarı da zəngin bəzədilmişdir. İstinadlar
Ədəbiyyat
Kateqoriya:Gəncə abidələri Kateqoriya:Gəncə memarlığı Kateqoriya:Gəncənin görməli yerləri Kateqoriya:XIX əsr memarlığı Kateqoriya:XIX əsrdə tamamlanmış tikililər Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanın tarixi evləri