Tsiklopentanon(CH2)4CO- dörd metilen qrupundan və bir karbonil qrupundan ibarət tsiklik ketondır.
Fiziki xassələri Tsiklopentanon spesifik qoxusu olan rəngsiz mayedir. Suda orta dərəcədə, etanol və dietil efirində yaxşı həll olunur.
Alınması Adipin turşusunun pirolizi zamanı Ba və Ca duzlarının iştiraki ilə alınır
Kimyəvi xassələri Tsiklohekpentanonun kimyəvi xassələri asiklik ketonlara uyğundur. Oksim alınır.
Toksikliyi Tsiklopentanon dəri və tənəffüs sistemini qıcıqlandırır və buxarlarının hava ilə qarışığı partlayıcıdır. Yüksək konsentrasiyalarda narkotik təsir göstərir.
Tətbiqi Tsiklopentanon əsasən dad verən vasitə kimi istifadə olunur. Ayrıca müxtəlif üzvi birləşmələrin (məsələn, jasmon, mizoprostol) sintezi üçün istifadə olunur.
Mənbə Химический энциклопедический словарь. Москва, Советская энциклопедия, 1983, стр. 683.
Kateqoriya:Ketonlar