Əliramiz Axundov (tam adı: Əliramiz Əhməd oğlu Axundov; ) — ortoped-travmatoloq, cərrah, tibb elmləri doktoru, professor.

Həyatı və təhsili Axundov Əliramiz Əhməd oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Lənkəran şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində yerləşən 25 saylı məktəbdə alıb. 1953-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 3 il Masallı rayonunda həkim işləyib.

1956-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Henri Turner adına Uşaq Travmatalogiyası və Ortopediya insitutunun ordinatura və aspiranturasına daxil olub, orada təhsilini tamamladıqdan sonra həmin instututa kiçik elmi işçı kimi işə dəvət olunub.

Vəfatı Əliramiz Axundov 16 may 1998-ci ildə Bakı şəhərində vəfat edib. Fəaliyyəti Elmi fəaliyyəti Tibb sahəsi üzrə müdafiə etdiyi elmlər namizədliyi və elmlər doktorluğu dissertatsiyaları 1960-70-ci illərdə SSRİ–nin səhiyyə sistemində böyük marağa səbəb olrmuşdur. O 1972-ci ildən Henri Turner adına İnstitutunun travmatalogiya və cərrahiyyə bölməsinə rəhbərlik edib. Eyni zamanda Rusiya Sovet Federativ Respublikasının uşaq travmatalogiya və ortopediya üzrə Baş həkimi, həmçinin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən travmatologiya problemləri üzrə komissiyasının sədri idi.

1980-ci ildən başlayaraq Azərbaycan Dövlət Tibb institutunun ortopediya, travmatologiya və hərbi-səhra cərrahlığı kafedrasının müdiri, bir neçə müddətdən sonra Bakı şəhərinin Baş travmatoloqu vəzifəsində çalışıb. Azərbaycan Dövlət Tibb institutunun kafedra müdiri işlədiyi müddətdə pedaqoji fəaliyyətə xüsusi diqqət ayırıb və tələbələrinin peşəkarlağının artırılmasına böyük qayğı ilə yanaşıb. Yüzdən çox elmi işin, məqalənin və üç monoqrafiyanın müəllifidir.

Təltifləri Travmatoloq-cərrah kimi tibb sahəsində göstərdiyi nailiyyətlərə görə SSRİ Səhiyyə Nazirliyi tərəfindən “Fərqlənmə nişanı” ilə təltif edilib.

İstinadlar

Xarici keçidlər Az.TOA haqqında