Sanela Cenkins ( ) — bosniyalı sahibkar və Kaliforniyada yaşayan xeyriyyəçi.

Bioqrafiyası

Karyerası Sarayevoda yaşayan, orta sinif boşnak ailəsində anadan olur. Ailədə iki uşaqdan birincisidir. Atası iqtisadçı, anası mühasib olur. Uşaqlığını Sarayevoda keçirir. Sarayevo Universitetində iqtisad ixtisası üzrə təhsil alır. Lakin müharibə başlayandan sonra Sanela ölkəsini tərk edərək əvvəl Xorvatiyaya, sonra Londonda gedir və burada təhsilini davam etdirir.

Tələbə olaraq Melissa Odabash çimərlik geyimləri xəttini əldə edir. Debor Andersonun şəkilləri olan "23 Otaq" kitabını buraxır. Kitabda fotoşəkilləri olan insanlar arasında Corc Kluni və Elton Con da vardı. Kitabın satışından əldə olunan gəlir xeyriyyəçiliyə sərf olunur.

2009-cu ildə Cenkins təkrar emal edilmiş materiallardan hazırlanan paketlərdə təbii şirələr olan Neuro içkilərini təqdim edir. Məhsullar ABŞ-də paylanır və Target Corporation, Walgreens, Safeway Inc və Seven Eleven tərəfindən satılır. İçkilər gün ərzində güc və dözümlülüyü bərpa etmək üçün istifadə olunur və Passion, Sleep, Sonic, Trim, Daily və Bliss adları altında buraxılır. 2012-ci ildə "D Empire Əyləncə" səsyazma studiyasını qurur, qrupdan Rayan Tedder ilə birlikdə OneRepublic, Chris Brown, Sean Kingston və Asher Monroe əməkdaşlıq edir.

2010-cu ilin avqust ayından bəri mərkəzi Sarayevoda olan Cenkinsə məxsus TV1 (İngilis dili) adlı özəl televiziya kanalı Bosniyada yayımlanır.

Ailəsi 1999-cu ildə Sanela bankir Robert Cenkins ilə evlənir. Cütlük ilk həyat yoldaşından boşandıqdan sonra Cenkinsin yaşadığı Barbikanda (London) idman salonunda bir araya gəlir. Evlilikdən iki uşaqları doğulurCadwalladr, Carole. "Diana Jenkins: Accidental Philanthropist" , The Observer, 27 September 2009. Retrieved 2011-02-22.. Cütlük 2011-ci ildə boşanır, Sanela boşandıqdan sonra 150 milyon funt sterlinq alır. 2011-ci ildə Sanela boşanmasını ən xoşbəxt addım adlandırır, çünki bunun sayəsində 2012-ci ildə Böyük Britaniyanın 500 ən varlı adamından biri olur.

İstinadlar